Azərbaycan Respublikası Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri AİP sədrinin şəhid müavini Hacı Vafiq Abdullayevin xəstəliyinin cəhətləri ...
/Aran Agentliyi
Azərbaycan Respublikası Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri AİP sədrinin şəhid müavini Hacı Vafiq Abdullayevin xəstəliyinin cəhətləri barəsində tibbi ekspertizanın açıqlamasına toxunaraq deyib: Məhkəmənin Hacı Vaqiflə həbsdən öncə onun ürək infarktı olduğunu bilə-bilə ədalətsiz davranışı bir daha göstərdi ki, ölkənin əlaqədar orqanları nə həddə biabırçıdırlar. Çünki onlar belə bir şəxsi heç bir cinayət törətmədən və yaxud günah işləmədən 11 il həbsə məhkum elədilər.
Dəyərlər Xəbər Agentliyinin məlumatına görə, Hacı İlqar İbrahimoğlu belə bir vəziyyətdə Hacı Vaqif üçün hətta 1 il həbs hökmünün də onun üçün ölüm hökmü mənasında olduğunu bildirərək deyib: Halbuki onun vəkili Anar Qasımlı bir ay öncədən dəfələrlə müvəkkilinin səhhətinin ağır olması barəsində xəbərdarlıq edirdi. Bəs nə üçün onun haqqında zəruri tibbi tədbirlər görülmədi? Son günlərində də yaxınlarını onun yanına buraxmadılar. Rəhmətlik hətta öz vəsiyyətini də edə bilmədi.
“Bəyəm Hacı Vaqifin günahı nə idi ki, ona bu qədər ədalətsizlik və rəhmsizlik edildi? Hər hansı sivil ölkədə amansız qatilə qarşı da belə davranmırlar” –deyə İbrahimoğlu bildirib.
DEVAMM sədri sonda dövlət rəsmilərindən bu faciəli qətlin amillərini cəzalandırmalarını istəyib və deyib: Belə olmadığı halda əvvəl-axır ilahi ədalət məhkəməsi qarşısında bu cinayətin cavabını verəcəklər.
Qeyd etmək lazımdır ki, Hacı Vaqif Abdullayev 2011-ci il yanvar ayında hicab qadağasına qarşı çıxdığına görə təhlükəsizlik orqanlarının bəhanələri ilə 11 il həbsə məhkum olundu və ona qarşı saxta ittiham heç vaxt məhkəmədə sübut olunmadı.
AİP sədrinin müavini islam dəyərlərinin qorunması uğrunda bir ömür çalışdıqdan sonra 12 iyulda həbsdə şəhid oldu.
AİP sədrinin şəhid müavininin qan xərçənginə yoluxması ilə bağlı məhkəmə ekspertizasının etirafı elə bir haldadır ki, onun xəstəliyi aylarla öncədən bəlli idi və Azərbaycan Respublikası qanunlarına əsasən Hacı Vaqif Abdullayev həbsdən azad olunmalı idi.
Bir neçə həftə öncədən Hacı Vaqif Abdullayevin fiziki durumunun ağırlaşması ilə Azərbaycan Respublikasında insan haqları müdafiəçiləri əlaqədar orqanlardan istədilər ki, qanunlara əsasən onu həbsdən azad etsinlər. Lakin əlaqədar orqanlar bu məsələdən çəkinərək AİP sədr müavinin həbsdə şəhid olmasına səbəb oldular.