Tarix : 2012 Jul 25
Kod 31796

Rövşən Əhmədli: “Ağdamın işğalı günü adi tarix deyil”

1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt edib. Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır
/Aran Agentliyi

1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt edib.

Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır.

 130 minə yaxın ağdamlı indi məcburi köçkündür. Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox adam həlak olub. İşğal nəticəsində rayona 13 milyard ABŞ dollarından çox ziyan dəyib.

Ağdamın işğalının 19 il dönümü ilə bağlı İslaminsesi.az-a açıqlama verən Azərbaycan İslam Partiyası sədrinin ictimai məsələlər üzrə müavini Rövşən Əhmədli yalnız işğal günlərinin mərasim halına salınmasının çox ağrıdıcı bir hal olduğunu bildirdi: “Ağdamın işğal günü adi tarix deyil. Bu, itkilərimizin, ağrılarımızın, yurd həsrətimizin, əzizlərimizin uyuduğu qəbiristanlığa gedə bilməməyimizin, uşaqlıq, gənclik xatirələrimizin tarixidir. İstəmərəm ki, belə ildönümlər, ağır sınaqlar bir daha qismətimizə yazılsın. Bu günün həqiqi mənasını dərindən dərk etmək üçün bu hissləri duyub-yaşamaq lazımdır. BMT-nin Azərbaycan torpaqlarının işğalın pisləyən 4 qətnaməsi vardır. 19 il keçməsinə baxmayaraq BMT TŞ-nın qəbul etdiyi bu qətnamələr hələ də havada qalır. Hər bir qətnamənin arxasında onun həyata keçirilməsi üçün işlək mexanizm olmalıdır. Bu işlək mexanizmlər də beynəlxalq hüquq nöqteyi-nəzərindən indiyədək öz həllini tapmalı idi. Burada ikili standartlar var və bu bizə qarşı tətbiq edilir.”

Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunu passiv olduğunu qeyd edən Rövşən bəy, Minsk qrupu Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir şey etmək iqtidarında olmadığınl bildirdi: “Bu qurumun fəaliyyətinə Azərbaycan tərəfi siyasi iradə göstərərək xitam verməlidir. Və torpaqlarımız xalqımızın birliyi ilə konstitusiya çərçivəsində azad olunmalıdır. Artıq sülh yoluna qol çəkmiş bəzi siyasi təşkilatlarda bunu vurğulayırlar. Hesab edirəm ki, Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik istinadgahı olan Ağdamı yalnız müharibə ilə geri qaytara bilərik” HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jul 25