Tarix : 2012 Jul 25
Kod 31797

Azərbaycan Respublikası prezident seçkilərinə hazırlaşır

Siyasi ekspert Eldar Namazov iddia edib ki, Azərbaycan Respublikası hakimiyyəti daxilində çaxnaşma var
/Aran Agentliyi

 

Tehran Radiosu-Siyasi ekspert Eldar Namazov iddia edib ki, Azərbaycan Respublikası hakimiyyəti daxilində çaxnaşma var. Bu çaxnaşma respublikaya gələn prezident seçkilərində aşkara çıxacaq.

Azadlıq qəzetinin məlumatına əsasən, Eldar Namazov Bakı jurnalistləri qarşısında deyib: Respublikada siyasi partiyalar arasında keşməkeşlər o qədər çoxalıb ki, İlham Əliyev dəflərlə 2013-cü il prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə qəti qərar verə bilmədiyini söyləyib.

O, sonra deyib: Dövlət adamları həmişə bəzi ölkələrdəki kimi siyasi arenada yaltaqlıq edirlər. Amma iqtidarın kreslosu zəiflədiyini hiss etdikdə dərhal başqa mövqeyə keçirlər.

Eldar Namazov Heydər Əliyevin hakimiyyəti dövründə Əmlak Komitəsinin sədri idi və 2000-ci ildə öz xahişi ilə istefa vermişdi.

Xatırladaq ki, Azərbaycan Respublikasında gələcək prezident seçkiləri 2003-cü ilin oktyabrında keçiriləcək.

 

  • Yazılıb
  • da (də) 2012 Jul 25