Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Vaqif Abdullayevin həbsxanada şəhadət səbəbinin xərçəng xəstəliyi ilə əlaqədar olduğunu elan edib
/Aran Agentliyi
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Vaqif Abdullayevin həbsxanada şəhadət səbəbinin xərçəng xəstəliyi ilə əlaqədar olduğunu elan edib.
APA İnformasiya Agentliyinin məlumatına əsasən, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi dünən bir bəyannamə yayıb: Vaqif Abdullayevin həbsxanada ölüm səbəbi onun sümük xərçəngi xəstəliyi ilə əlaqədardır.
Bəyannamədə V.Abdullayevə hər hansı bir işgəncənin verilməsi tamamilə təkzib olunub.
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi bəyannamə elə bir halda yayımlanıb ki, Respublika qanunlarına əsasən, həbsxanada olan xəstələrin orada qalması qadağandır. Azəri rəsmiləri AİP sədr müavininin xəstəliyindən xəbərdar olduqları halda onu ən çətin şəraitdə saxlayaraq ona işgəncələr edib.
Hacı Vaqif Abdullayev 2011-ci il yanvarın 7-dən AİP sədri Möhsün Səmədovla birlikdə həbs edilib, ölkədə çevrilişə cəhdlər, silah daşıması və saxlanılması, habelə dövlət əleyhinə fəaliyyətlər ittihamı isə 11 il azadlıdan məhrum edilmişdi.