Əliyevlərin uğurlu mübarizə tədbirləri nəticəsində; Ermənistan əhalisi “daimi yorğunluq” sindromundan əziyyət çəkir
/Aran Agentliyi
Əliyevlərin uğurlu mübarizə tədbirləri nəticəsində; Ermənistan əhalisi “daimi yorğunluq” sindromundan əziyyət çəkir
HaqqYolu - Ermənistanın düşdüyü ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq əhalinin 75 faizindən çoxu istirahət etmək imkanından mərhum olmuşdur.
İyulun 23-də Yerevanda mətbuat konfransı keçirən İstehlakçılar Assosiasiyasının sədri Melita Akopyan bildirmişdir ki, Ermənistanın iqtisadi vəziyyəti ildən-ilə daha da ağırlaşır. Bu özünü əhalinin güzəranında bariz şəkildə büruzə verir. Əhalinin yerli turizm mərkəzlərində istirahət etməsi mümkün deyildir. Oradakı qiymətlər çox bahadır. Vətəndaşların isə gəlirləri olduqca azdır.
M.Akopyan demişdir ki, Ermənistan əhalisinin yalnız 1 faizi yay aylarında istirahət etmək imkanına malikdir. Qalanlar isə bu haqda heç düşünmür. Ona görə də əhali “daimi yorğunluq” sindromundan əziyyət çəkir. Bu sindrom isə öz növbəsində ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur.
AzərTAc