Ötən illərlə oxşar halların əksinə olaraq, rəsmi Bakı qərb dövlətləri və Azərbaycan Respublikası hökumətinin “müttəfiqləri” sayılan dövlətlərin müşahidəçilərinin ...
/Aran Agentliyi
Ötən illərlə oxşar halların əksinə olaraq, rəsmi Bakı qərb dövlətləri və Azərbaycan Respublikası hökumətinin “müttəfiqləri” sayılan dövlətlərin müşahidəçilərinin qondarma “Dağlıq Qarabağ Respublikasında” qəbul edilməz seçkilərindəki iştirakı barəsində hay-küy salmadı.
Siyasi müşahidəçilər Bakı və medialarının bu davranışını təhlil edərək bildirirlər ki, Azərbaycan Respublikası hökuməti Dağlıq Qarabağın Azərbaycan Respublikasından ayrılmasının rəsmiləşməsi və təkmilləşməsi prosesi ilə razılaşıb və qərb dövlətlərinin təzyiqi altında olduğu bir şəraitdə Ermənistanın hamisi olan qərblə razılaşmaq üçün bu dəfə Qarabağ seçkilərində qərb müşahidəçilərinin iştirakı barəsində söz qalmaqalı da yaratmadı.
Siyasi müşahidəçilər bildirirlər: Bakıda “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi siyasəti qərbin ürəyində istədiyi nəticəni verib və rəsmi Bakının görüntü göstərməyinin əksinə olaraq, bu müsabiqə Azərbaycan Respublikası hökumətini siyasi problemlə dolu olan bataqlıqda salıb. Belə ki, qərb mediaları “Eurovision 2012” mahnı müsabiqəsi zamanı öz jurnalistlərini Bakıya ezam etdiyi halda Ermənistan və Qarabağa da jurnalistlərini göndərmişdilər. Bu medialar qondarma “Dağlıq Qarabağ” respublikasında prezident seçkilərini adi bir seçkilər kimi işıqlandırdılar. Qərb mediasında belə nümayiş etdirildi ki, sanki doğrudan da Qarabağ və ya Artsax adlı mövcud olan bir ölkə vardır və orada demokratik seçkilər keçirilmişdir! Qərbin bu strategiyasına baxmayaraq, ötən illərlə müqayisədə bu il daha artıq Qərbə reaksiya göstərməli olan rəsmi Bakı dilini möhürləyib sükut etdi və elə göstərdi ki, sanki heç nə baş verməyib! Əlbəttə diqqət yetirmək lazımdır ki, rəsmi Bakının bu strategiyası Azərbaycan Respublikası üçün sırf “Eurovision 2012” müsabiqəsinin siyasi ziyanlarının nəticəsi olmamışdır. Həqiqət budur ki, Azərbaycan Respublikası hökuməti son iki onillikdə qərbə inteqrasiya siyasəti ilə bu yolu seçib və yavaş-yavaş bu istiqamətdə addım atır. Amma “Euriovision 2012” müsabiqəsi rəsmi Bakının qərbə inteqrasiya və yaxud Qarabağın Azərbaycan Respublikasından ayrılması ilə razılaşmaq üçün qərbin siyasətlərində həzm olunmaq yolundakı hərəkətini daha artıq sürətləndirdi. Belə ki, Bakıda “Euriovision” müsabiqəsi keçirildiyi zamanda Azərbaycan Respublikası parlamentinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak etmək üçün ezam olunmuş heyəti İrəvanda “erməni soyqırımı” abidəsini də ziyarət etdi. Bu barədə Ermənistanla bağlı anti-İran təbliğatında özlərini qabağa verənlər, o cümlədən Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev və digərləri öz həmkarlarının “erməni soyqırımı” abidəsini ziyarət etmələrinə etiraz da etmədilər. Qabaqkı illərdə də Azərbaycan Respublikası, Ermənistan və Rusiya prezidentlərinin gözəl istirahət məkanlarında əyləncəli görüşləri, şahmat və xizək sürmələri hazırda Bakını Qarabağın Azərbaycan Respublikasından ayrılmasına rəsmiliyin verilməsi və ya möhkəmlənməsinə doğru yaxınlaşdıran yolun möhkəmləndirilməsi üçün həyata keçirildi. Bu işlərin əsas hissəsi Qarabağ məsələsinin həlli üçün ümumi diplomatiya adı altında həyata keçirildi və Azərbaycan Respublikası ilə Ermənistan arasında jurnalist, ziyalı, musiqiçi və sairədən ibarət nümayəndə heyətlərinin mübadiləsi oldu. O cümlədən ziyalı və musiqi heyətlərinin mübadiləsini qeyd etmək olar kİ, son illərdə Azərbaycan Respublikası və Ermənistanın Rusiyadakı səfirləri tərəfindən tədarük görüldü. Azərbaycanlı gənclərin musiqi qruplarının İrəvan filarmoniyasında və erməni gənclərin musiqi qruplarının Bakı filarmoniyasında konsertlər təşkil etmələri buna misaldır. Belə bir şəraitdə Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi qərb qarşısında Azərbaycan Respublikası hökumətinin üzərinə yeni istənilən və istənilməyən öhdəlikləri qoydu. Belə ki, qərb əvvəlki ilə müqayisədə indi daha rahat şəkildə yorucu oyunu ilə açdığı Minsk Qrupu həmsədrlərinin Bakı, İrəvan və Xankəndiyə təkrar səfərləri ilə bağlı prosesi izləyir və qondarma “Dağlıq Qarabağ Respublikasında” xarici müşahidəçilərin geniş iştirakı və qərb mediaları tərəfindən bu seçkilərin diqqəti cəlb edəcək dərəcədə işıqlandırılması qarşısında Bakının passivliyi də elə bu çərçivədədir.