Kanadada fəal azərbaycanlı jurnalist, Müasir İslam İdeologiyası Müəssisəsinin Azərbaycan Respublikasında müsəlman jurnalistlərə qarşı zülm ...
/Aran Agentliyi
Kanadada fəal azərbaycanlı jurnalist, Müasir İslam İdeologiyası Müəssisəsinin Azərbaycan Respublikasında müsəlman jurnalistlərə qarşı zülm məsələsinin beynəlxalq forma alması üçün çalışmasını istəyib.
Crescent İnternational Kanada qəzetinin jurnalisti Maqsud Cavadov Müasir İslam İdeologiyası Müəssisəsinin Azərbaycan Respublikasının müsəlman jurnalistlərinə qarşı zülmə beynəlxalq ciddi diqqətin yetirilməsi üçün çalışmasını istəyib.
Maqsud Cavadov Tehranda çıxan Cavan qəzeti ilə müsahibədə İslamazeri xəbər portalının baş redaktoru Ramin Bayramov, Beynəlxalq Səhər telekanalının yerli müxbiri Anar Bayramlı və Azadxeber portalının baş redaktoru Nicat Əliyev kimi müsəlman jurnalistlərin saxta ittihamlarla həbs olunması ilə əlaqədar rəsmi Bakının hərəkətinə toxunaraq deyib: Əgər Azərbaycanda bir sekulyar jurnalist həbs olarsa, qərb təşkilatları dərhal özlərini ortaya atırlar və “söz azadlığının pozulmasını” fəryad edirlər. Lakin Ramin Bayramov və Nicat Əliyevin müsəlman və islam xəbər təşkilatlarının rəhbəri olduqlarına görə, dünyada əsas cərəyanın mediaları və təşkilatları onların işi barəsində sükut edirlər və onlar həqiqi formada dəstəklənmirlər.
Maqsud Cavadov qərbin media imperializminin ikili funksiyası və onun ardınca müsəlman ölkələrdə, xüsusilə də Bəhreyn xalqının qiyamı ilə bağlı xəbərlərin boykot edilməsi, qərb və sionizmin istəyi əsasında Suriya məsələsi barəsində media cərəyanının yaradılması və müsəlman ölkələrin medialarının onların ardınca getmələri barəsində deyib: Onlar yalnız öncəki maddi mənafelərinə görə nigarandırlar. Elə buna görə də Bəhreynlə əlaqədar bəzi islam ölkələri hadisələrin həqiqətini gizli saxlamaq üçün firqə məsələləri formasında işləri həyata keçiriblər.
Maqsud Cavadov müsəlman ölkələrin, xüsusilə də İslami Oyanış cərəyanı ilə əlaqədar həqiqətlərinin təhrif olunması barəsində deyib: İmperialist qüdrətlər islamın müraciətini bağlamırlar. Əvəzində bu müraciətdə təhrif edirlər və haqqı batil və batili haqq kimi göstərirlər. Bu üsul modern əsrdə yarım həqiqi propaqanda ilə məşhurdur. Biz öyrənməliyik ki, informasiyaların idarəçiliyi vasitəsi ilə batilin həqiqətini necə ifşa edə bilərik. İmperialist medialar, eləcə də sionizm tərəfdarı olan medialar “Ərəb baharı”, “Ərəb dünyasının oyanışı” və yaxud “demokratik qiyam” kimi kənar terminlərdən istifadə edərək islami oyanış prosesindən sekulyar, materialist və anti-islami görüntü yaratmağa çalışırlar. Vəliyyi Fəqih ilk dəfə olaraq islam dünyasında müsəlmanların hərəkətlərini “İslami Oyanış” kimi qeyd etdikləri zaman beynəlxalq qüdrətlər və Tinktanks kimi sionist yumşaq müharibə müəssisələri bu termini zərərsizləşdirməyə çalışdılar. Baxmayaraq ki, tunisli, misirli, bəhreynli, liviyalı və yəmənli müsəlmanların bu ictimai-siyasi hərəkatları sarsılmaz dəstəkləmələri onların bu yoldakı mehvərini uğursuzluqla üzləşdirdi. İslam mediaları ərəb dünyasındakı hazırkı şəraitdən istifadə etməli və bu bölgə əhalisinin islam amallarının həqiqətini dünyaya göstərməlidirlər.
Crescent İnternational qəzetinin jurnalisti qərbdə “müstəqil” müəssisə və mediaların şəbəkə formasında işləməsi barəsində əlavə edib:
qərbdə yumşaq müharibə sahəsində müxtəlif müəssisələr bir-birinin hamisidir. Misal üçün Hadson müəssisəsi sionist strategiyaları müəssisəsi tərəfindən güclü şəkildə maliyyə dəstəyinə malikdir. Bu müəssisənin neçə yüz min dollarlıq büdcəsinin 50%-i sionist müəssisəsi bir neçə il öncə ödəyib.
Kanadada Azərbaycan Respublikasının bu fəal jurnalisti imperializmin demokratiya iddiasının yalan olması barəsində də deyib: Qərbdə mətbuat azadlığının sabit bir tərifi yoxdur və siyasətçilərin siyasi və iqtisadi iş gündəminə əsasən dəyişir. İslama hörmətsizlik mətbuatın azadlığıdır. Amma sionizmi tənqid etmək yəhudiliyə qarşı məsələ kimi qiymətləndirilir. ABŞ-ın hal-hazırda düşdüyü vəziyyət kimi qərb dövlətləri hər zaman zəiflik hiss edərlərsə, qərb strategiyasının səhvlərini media səhnəsinə gətirənləri həbsə atırlar və yaxud onun barəsində ağır cəza qərarları çıxarırlar. Buna misal Amerikada jurnalist Tariq Məhanə idi ki, 17,5 il həbsə məhkum olundu. Qərbdə bir qrup media qərbin sekuylar və neo-klonist iş gündəmini qəbul etməyən müsəlman media ekspertlərini görməməzliyə vurur. Misal üçün Crescent İnternational öz 40 illik fəaliyyəti ilə elə bir imic qazanmışdır ki, bir çox ölkələrdə nüfuzlu universitet tələbə və müəllimləri, siyasətçilər, fəallar və dini simalar cari məsələlərə baxışlarını bu nəşriyyatın məlumat və təhlillərinə əsasən uyğunlaşdırırlar. Lakin bizim nəşriyyatımız heç vaxt əsas cərəyanın medialarının xəbər təhlilləri və məlumatları üçün əsas götürülməyib. Çünki onlar bu işlə qorxurlar ki, bizim baxışlarımız çox geniş hal alsın.