Tarix : 2012 Jul 26
Kod 31822

2010-da həbs olunan iki dindar azad olunub

2010-cu ildə Həzrət Məhəmməd peyğəmbərin (s.ə.s) və vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümü günü əzadarlıq etdiklərinə görə ...
/Aran Agentliyi

2010-cu ildə Həzrət Məhəmməd peyğəmbərin (s.ə.s) və vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümü günü əzadarlıq etdiklərinə görə həbs olunaraq həbsə məhkum olunmuş iki dindar Elçin Quliyev və Bilal Əhmədov azad olunublar.

Faktxeberin məlumatına görə, Elçin Quliyev və Bilal Əhmədov üç nəfərlə birlikdə Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) vəfatının ildönümü günündə Şəhidlər Xiyabanına doğru dinc aksiya keçirdikləri zaman polisin hücumuna məruz qalmış və polis qarşısında müqavimət və ictimai asayişin pozulması ittihamı ilə həbs olunmuşdular.

Dindarlar 2010-cu il 13 fevralda islam dininin əziz peyğəmbərinin vəfatı və İmam Həsənin (ə) şəhid olmasının ildönümü günündə Xocalı faciəsinin qalanlarının dərdinə şərik çıxmaq məqsədilə Bakıda Sultanəli məscidindən Şəhidlər Xiyabanına doğru hərəkət edirmişlər. Belə ki, onlar polisin bəhanəsi ilə üzləşdi və onlardan bir neçəsi yaralandı və 5 nəfər də həbs olundu.

Bakının Yasamal rayon məhkəməsi Elçin Qurbanovun hakimliyi ilə Elçin Quliyev və Seymur Hüseynovun hər birini 4 il, Elmar Səmədov və Ağaəli Yəhyayev və Bilal Əhmədovun isə hər birini 4,5 il azadlıqdan məhrum etmişdi.

Azərbaycan Respublikasında bir çox xəlqi və islami təşkilatlar, ziyalılar və insan haqları müdafiəçiləri əzadarların repressiya olunmasında polisin hərəkəti və dindarların sifarişli həbsini pisləmişdilər.

Əldə olunan digər bir məlumata görə, Nardaranın həbs olunmuş dindarlarından biri Dilavər Yaxşıyev həbsdən azad olunub.

  • Yazılıb
  • da (də) 2012 Jul 26