Avroviziya – 2012 mahnı yarışı təşkilat komitəsinin sədri Mehriban Əliyeva Azərbaycan Respublikasının son illərdə musiqi və sərgilərlə tanındığını deyib
/Aran Agentliyi
Avroviziya – 2012 mahnı yarışı təşkilat komitəsinin sədri Mehriban Əliyeva Azərbaycan Respublikasının son illərdə musiqi və sərgilərlə tanındığını deyib.
24 İyulda Qəbələdə IV Beynəlxalq Musiqi Festivalının açılışındakı çıxışda Mehriban Əliyeva deyib : “Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır. ”
Festival iştirakçılarına təqdim olunan bukletdə Heydər Əliyev Fondunun prezidenti həmçinin deyib : “Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etdi və bu dəfə milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi.”
Mehriban Əliyeva əlavə edib : “İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaq”.
Qeyd edək ki, Qəbələdə festival çərçivəsində keçiriləcək ilk tədbir SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlıdır. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilir.
Səhər TV