Myanmada müsəlmanların dini mənsubiyyətlərinə görə qırğın edilmələri, soyqırımıdır və bu bəşəriyyətə qarşı faciənin səbəbkarları beynəlxalq məhkəmə də mühakimə olunmalıdırlar
/Aran Agentliyi
Az.R-da Myanma da müsəlmanların qırğın edilmələrinə reaksiyaların davamında bu ölkənin Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu deyib: Myanmada müsəlmanların dini mənsubiyyətlərinə görə qırğın edilmələri, soyqırımıdır və bu bəşəriyyətə qarşı faciənin səbəbkarları beynəlxalq məhkəmə də mühakimə olunmalıdırlar.
Bu haqda bəzi ərəb və islam ölkələrinin sükut siyasətini tənqid edən Sərdar Cəlaloğlu sonra deyib: Hətta islam ölkələri bu genosidə reaksiya olaraq Myanmaya hərbi müdaxilə istəyini ortaya atmalıdırlar. Sərdar Cəlaloğlu Myanmada müsəlmanların qırğın edilmələri və yandırılmaları faciəsinin islam dünyasına qarşı təhlükə siqnalı və ciddi xəbərdarlıq olduğunu bildirərək deyib: Əgər islam ölkələri bu haqda yalnız baxıb, heç bir iş görməsələr, buna bənzər faciələr hər yerdə təkrarlana bilər.
Az.R Demokrat partiyasının sədri sonra deyib: Artıq vaxtı gəlib çatıbdır ki, islam ölkələri birliklə İslam Əməkdaşlıq Təşkilatını İslam Birliyinə çevirib, bu çərçivədə dünyada müsəlmanlarının siyasi, mənəvi və iqtisadı hüquqlarını müdafiə etsinlər.
Bundan öncə də Az.R-dakı ictimai palata Myanmada müsəlmanların qırğın edilmələrini pisləmişdi.
Az.R İslam partiyası və Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi də Myanma müsəlmanlarının qırğın edilmələrini pisləyərək beynəlxalq təşkilatların bu haqdakı sükutlarını tənqid etmişdilər.