Azərbaycan Respublikası məscidlərində oxunması üçün QMİ tərəfindən xüsusi xütbələr hazırlanacaq!
/Aran Agentliyi
Azərbaycan Respublikası məscidlərində oxunması üçün QMİ tərəfindən xüsusi xütbələr hazırlanacaq!
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında söyləyib.
Allahşükür Paşazadə bildirib ki, Din xadimlərimiz də hər ay bununla bağlı uyğun hesabatlar verəcəklər.
Qafqaz Müsəlmanları İdarəsinin məscidlərdə cümə xütbələrinin mövzu və məzmununu müəyyən etməsi ilə bağlı İslaminsesi saytına Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov deyib : Mən əvvəllər də demişəm, indi də deyirəm günah özümüzdədir. Başımıza gələnlər süstlüyümüz, dinimizə laqeyd olmağımızdan irəli gəlir. Bəziləri bu sözlərimi çağırış kimi qiymətlənidirir. Hətta bu sözlərimə görə 2011-ci il yanvarın 9-da, Hacı Möhsün Səmədovun həbsindən 2 gün sonra mənə 10 günlük inzibati həbs cəzası da verilmişdi. Amma mənim sözüm budur ki, məsələlərə laqeyd olmayaq. Hər hansı bir məsələyə vaxtında münasibət bildirək.
Elçin Manafov əlavə edib :” Çox vaxt hər hansı bir qanunu qəbul etməmişdən görürsən ki, bu məsələ bir şayə kimi dillərdə dolanır, sonra yavaş-yavaş bəzi mətbuatlarda gedir, sonunda isə bir də baxırsan ki, məsələ artıq milli məclisdə müzakirə olunur. Buna misal olaraq azan qadağası, məscid sökülməsi, mədrəsələrin bağlanması, dini dərslərə, dini kitablara qadağa qoyulması, ziyarətlərə məhdudiyyət, yas məclislərinə məhdudiyyət, dini fəaliyyətlərə, dini tədbirlərin keçirilməsinə, ruhani tələbələrin təbliğatına, məclis aparmağına məhdudiyyət və sonunda da hicaba qadağanı deyə bilərik.”
AİP sədr əvəzi deyib :” Əgər müsəlman olaraq dini ayinlərimizə dəyər versək, onların qorunması ilə yanaşı, həm də maarifində təlaş göstərməliyik. İstər hakimiyyətdə olanlar, istər məmur, istərsə də sadə insanlar əgər dini ayinlərin fəlsəfəsi və gözəllikləri ilə yaxından tanış olsalar, nəin ki, müxalif olmazlar, hətta son dərəcə hörmətlə yanaşarlar. Cümə xütbələrinin mahiyyəti, cəmiyyətdə əxlaqi və mənəvi təsirləri doğru-düzgün çatdırılarsa inanmıram kimisə narahat edə. Hər kəs yaşadığı mühitin, cəmiyyyətin əxlaqlı və sağlam olmağını istəməzmi?”
Qeyd etmək lazımdir ki, QMİ Azərbaycan Respublikası məscidlərində cümə xütbələrini məhz bu idarənin nəzarəti ilə yazılıb oxunmasından xəbər verib.