Sabah Ramazan ayının 7-ci günündə məhbus ruhani Hacı Abgül Süleymanovun məhkəməsi Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsində olacaq
/Aran Agentliyi
Sabah Ramazan ayının 7-ci günündə məhbus ruhani Hacı Abgül Süleymanovun məhkəməsi Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsində olacaq.
27 iyun saat 16:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun növbəti məhkəmə iclasında son şahidlərin dindirilməsi gözlənilir.
Hacı Abgül Süleymanov məktəblərdə hicab qadağasına etirazına görə həbs olunub və ağır ittihamlar ona qarşı irəli sürülüb.
Son iki ildə bir çox islamçı və ruhaninin həbsi Azərbaycan Respublikası hökumətinin imicinə böyük zərbə vurub və ekspertlərin fikrincə hökuməti xalqa qarşı qoyub.