Tarix : 2012 Jul 28
Kod 31866

Azərbayacan Respublikasının hicab hərəkatının ilk şəhidinin anım mərasimində Təbriz əhalisinin ge...

Hacı Vaqif Abdullayevin anım mərasimi imam cümənin, hövzə və universitet müəllimləri və Təbriz əhalisinin müxtəlif təbəqələrinin iştirakı ilə keçirildi
/Aran Agentliyi

Hacı Vaqif Abdullayevin anım mərasimi imam cümənin, hövzə və universitet müəllimləri və Təbriz əhalisinin müxtəlif təbəqələrinin iştirakı ilə keçirildi.

AranNews - Mənbəmizin məlumatına əsasən, Təbrizin “Salari-şəhidan” məscidi cümə günü (27 iyul) məğrib və işa namazlarından sonra Azərbayacan Respublikasının hicab hərəkatının ilk şəhidinin anım mərasimini keçirmək üçün bu müqəddəs məkana toplaşmış camaatın şahidi oldu. Ayətullah Müctəhid Şəbüstəri, şəhid ailələri, hövzə və universitet müəllimləri və Təbriz əhalisinin müxtəlif təbəqələrinin iştirakı ilə keçirilən bu mərasim Təbrizin tanınmış qarilərinin Quran tilavəti ilə başladı və sonra hacı Vaqif Abdullayevin islami etiqadlarından bəhs edən video göstərildi. Daha sonra Təbrizin tanınmış məddahlarından olan Kərbəyai Bəhram Əraqizadə imam Hüseyn (ə) və İslamın digər şəhidləri, o cümlədən Hacı Vaqif Abdullayev barədə əzadarlıq etdi və rövzə oxudu. Məclisin davamında Şərqi Azərbaycanın Vəqf və Xeyriyyə İşləri idarəsinin rəisi höccətül-islam vəl-müslimin Hüseyni çıxış edərək azərbaycanlı islamçıların vəziyyəti və AR-dakı mövcud islamofobiya siyasəti badərə danışdı.

Sonda mərasim iştirakçıları şəhidlərin, xüsusilə də hacı Vaqifin ruhuna fatihə oxudular, onlara Allah yanında uca dərəcələr arzu etdilər və azərbaycanlı islamçıları dəstəklədiklərini bildirdilər.

  • Yazılıb
  • da (də) 2012 Jul 28