Tarix : 2012 Jul 29
Kod 31870

Qubada hələdə fövqəladə vəziyyət hökm sürür

Qubada xalq üsyanından bir neçə keçməsinə baxmayaraq, Qubada hələdə elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürür
/Aran Agentliyi

Qubada xalq üsyanından bir neçə keçməsinə baxmayaraq, Qubada hələdə elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürür.

İyulun 28-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Quba şəhərində keçirilməli olan Vətəndaş Forumu yerli icra hakimiyyəti və polisin müdaxiləsi əsasında baş tutmayıb.

Bu barədə qurumdan yayılan press-relizdə bildirilir : “İyulun 27-də Quba Rayon Polis Şöbəsindən (RPŞ) özünü təqdim etməyən polis əməkdaşı SMDT Quba bölgə koordinatoru Aftandil Məmmədov polis idarəsinə çağrılıb. İyulun 28-də Quba şəhərində olan SMDT-nin əməkdaşlarını polislər izləyib və tədbirin baş tutmaması üçün təzyiq ediblər.

Quba İcra Hakimiyyətindən isə  SMDT-nin fəaliyyətinin qanunauyğun olduğunu bildirsə də, Prezident Adminstrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən icazə alınmadığı halda tədbirin keçirilməsinə imkan verməyəcəklərini vurğulayıb”.

  • Yazılıb
  • da (də) 2012 Jul 29