Tarix : 2012 Jul 29
Kod 31871

Heydər Əliyev Mərkəzində çıxan yanğında PKK-nın rolu ehtimal edilir

Son zamanlar Azərbaycan Prezident Administrasiyası və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı sızdırılan informasiyaları dərc etməklə məşğul olan ...
/Aran Agentliyi

 

Son zamanlar Azərbaycan Prezident Administrasiyası və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı sızdırılan informasiyaları dərc etməklə məşğul olan Yeni Müsavat qəzeti Bakıda Heydər Əliyev Mərkəzində çıxan yanğında PKK terror qruplaşmasının əlinin olması ehtimalından xəbər verib.

Yeni Müsavat qəzeti Heydər Əliyev Mərkəzində çıxan yanğınla əlaqədar Türkiyə vətəndaşı olan bir neçə kürdün həbs olunmasına işarə edərək, yazıb: Heydər Əliyev Mərkəzində yanğının çıxdığı andan bu hadisənin bir təxribatçılıq hərəkəti olması haqda ehtimallar mövcud idi və bu ehtimal təkzib də edilmədi. Buna baxmayaraq, bildirilir ki, hadisə mərkəzdə qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik məsələlərinə riayət edilməməsi üzündən baş verib və bununla əlaqədar bir neçə nəfər saxlanılıb.  Lakin, elə bu qaynaq aparatı və saxlanılan şəxslər Bakıdakı kürd dəstəsinə məxsus olan “Dya Holdinq”ə aid imişlər.

Bu məlumatda “Dya Holdinq”in kürd separatçılarını və PKK terrorçularını himayə edən və onları işə götürən bir holdinq kimi tanındığına işarə olunub və bildirilib: Bəzi Azərbaycan vətəndaşları və yazarları iddia edirlər ki, Heydər Əliyev Mərkəzində çıxan yanğın rəsmi Bakıya xəbərdarlıq mahiyyəti daşıyıb və PKK-nın Dya Holdinqdəki amilləri tərəfindən törədilib. Çünki, Bakı Ankaranın tələbləri əsasında PKK-nın Azərbaycan qolunu dağıtmaqla məşğuldur və kürd separatçılara fəaliyyət imkanı vermir.

Bu arada sionist İsrail rejiminin terrorçu PKK qruplaşmasını himayə etməsi və ondan öz çirkin məqsədlərini həyata keçirməsi üçün istifadə etməsi son illər ifşa olunmuş məsələlərdəndir.

Təhlükəsizlik məsələləri üzrə ekspertlərin qənaətinə görə, sionistlərə bağlı amillərin Heydər Əliyev Mərkəzində çıxan yanğınla bir vaxtda aktiv fəaliyyət keçmələrini nəzərə alaraq, bu yanğının sionist rejim amilləri tərəfindən törədildiyini demək olar. İndi PKK terror şəbəkəsinin bu məsələdə rolu olması ehtimalının gündəmə gətirilməsi bir daha Heydər Əliyev Mərkəzində çıxan  yanğında sionistlərin rolu olduğunu sübut edir.

  • Yazılıb
  • da (də) 2012 Jul 29