Tarix : 2012 Jul 29
Kod 31877

Azərbaycanda “Naturaçılar” professorlardan daha çox maaş alır

Azərbaycan Respublikasında hicab müdafiəçiləri cəzalandırıldığı halda çılpaqlara maaş verilir
/Aran Agentliyi

 Azərbaycan Respublikasında  hicab müdafiəçiləri cəzalandırıldığı halda  çılpaqlara maaş verilir.

Haqq-xəbər saytının məlumatına görə, Bakıdakı Rəssamlıq Akademiyasında Natura şöbəsinin elanları əsasında naturaçılar bu akademiyaya müraciət edib, çılpaq halda bəzi rəssamların, heykəltəraşların qarşısında dayandıqlarına görə maaş alırlar.

Məlumata görə, Azərbaycan Respublikasında  “Naturaçılar ” professordan daha çox maaş alır.

Onlar daha çox bu sahəyə işsizlikdən gəlib çıxırlar. Daha çox qadınlar bu sahəyə müraciət edir. Bu əxlaqsız  işdə saat nə qədər çox oldu, məvacib də o qədər artıq olur. Ümumiyyətlə, 1 naturaçı ən çoxu 8 saat dayana bilir.

2011-ci ildə Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” qərara etdiyi dəyişikliyə əsasən, tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi 1 saata görə geyimli naturada 3 manat, çılpaq naturada isə 5 manat məbləğində müəyyən olunub.

Nazirlər Kabinetinin məlum qərara etdiyi dəyişiklikdən sonra naturaçıların maaşı 300-600 manat arasında dəyişir. Hətta bu qiymət 800 manata kimi yüksələ bilir. Qiymətin artımı ilə bağlı olaraq müraciət edənlərin sayı isə günü-gündən artır.

Çılpaq naturaçıların arasında ailəli insanlar olsa da, çox hissəsini subay qadınlar təşkil edir. Ailəli qadınlar üçün problem olmasın deyə, onların adı gizli saxlanılır.

  • Yazılıb
  • da (də) 2012 Jul 29