Tarix : 2012 Jul 29
Kod 31878

Heydər Əliyev Fondu Avropa kilsələrini təmir edir

Son illərdə Azərbaycan Respublikasında bir neçə məscidin söküldüyü halda Heydər Əliyev Fondu İtaliyada və digər Avropa ölkələrində yerləşən katolik kilsələri ...
/Aran Agentliyi

Son illərdə Azərbaycan Respublikasında  bir neçə məscidin söküldüyü halda  Heydər Əliyev Fondu   İtaliyada və digər Avropa ölkələrində yerləşən katolik kilsələri və katolik katakombalarının təmiri üçün külli miqdarda pul ayırıb.

İslam Times-ın məlumatına görə, Heydər Əliyev Fondunun  prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikası büdcəsindən katolik kilsələri və katolik katakombalarının təmiri üçün külli miqdarda pul ayrıldığını mətbuata çıxışında bildirib.

Sayt əlavə edib : “  Son illər ölkədə bir neçə məscid uçurulub, bir neçəsi bağlanıb, hal hazırda fəaliyyətdə olan məscidlərin isə 90%-nin köklü təmirə ehtiyacı var. Belə halda “Heydər Əliyev Fondu”-nun bu addımı atmağına nə lüzum var? “

İslam Times saytı əlavə edib : “ Son illər Azərbaycanda 2-3 məscid təmir edilib ki, o da paytaxt Bakı şəhərində, bunun da səbəbi yaxşı bəllidir ki niyə? Təbii ki, imanlarından, Allaha olan məhəbbətlərindən və məscidlərə olan hörmətlərindən deyil, sadəcə olaraq gələn xarici qonaqların gözündə Azərbaycanın durmadan inkişaf etməsini   sübut etmək üçün nəzərdə tutulub.

Paytaxtın mərkəzindən kənarda olan məscidlər tamamilə unudulub. Bölgələrdə isə vəziyyət heçdə ürək açan deyil. Hal hazırda fəaliyyətdə olan məscidlərin isə 90%-nin köklü təmirə ehtiyacı var. Gəncə şəhərində   durum olduqca acınacaqlıdır. Ölkənin 2-ci ən böyük şəhərində cəmisi 2-3 məscid fəaliyyət göstərir o da ala-yarımçıq. 5-ə yaxın məscid isə bağlıdır. Fəaliyyət göstərən məscidlərin təmirə ehtiyacı olsa da dövlətimiz nədənsə pul ayırmaqdan imtina edərək katolik kilsə və katakombaları haqda düşünür.”

 

  • Yazılıb
  • da (də) 2012 Jul 29