Türkiyə hakimiyyəti Qətər və Səudiyyə Ərəbistanı ilə birgə suriyalı üsyançılara yardım göstərilməsi üçün gizli hərbi baza açıb
/Aran Agentliyi
Türkiyə hakimiyyəti Qətər və Səudiyyə Ərəbistanı ilə birgə suriyalı üsyançılara yardım göstərilməsi üçün gizli hərbi baza açıb
Bu barədə Fars körfəzində məlumatlı mənbələrə istinadən “Reuters” xəbər yayıb.
Bu məlumatlara görə, sərhədyanı Adana şəhərində yerləşən “əsas mərkəzi”nə türk zabitləri rəhbərlik edir, qətərlilər və səudiyyəlilər isə köməkçi funksiyasını yerinə yetirirlər.
Rəhbərlər arasında Qərb zabitləri yoxdur, lakin texniki işlər amerikalılara həvalə olunub. Xüsusilə də, onlar bilavasitə suriyalı üsyançılara silah və döyüş sursatlarının çatdırılmasına cavabdehdirlər.
Türkiyə ərazisində belə bir mərkəzin yaradılması təşəbbüsü ilə Səudiyyə Ərəbistanı çıxış edib. İdeya Ankaranın xoşuna gəlib, onun reallaşdırılmasına Qətər də cəlb edilib. Üsyançılara yardımın əlaqələndirilməsi mərkəzinin dəqiq harada yerləşdiyi barədə məlumat verilmir. Lakin bir şey məlumdur ki, Adana ətrafında ABŞ Hərbi Hava Qüvvələrinin nəhəng “İncerlik” bazası yerləşir. Burada sözügedən mərkəzin fəaliyyəti üçün lazım olan hər şey var. Mənbənin məlumatına görə, üsyançılara ötürülən silahların əməli olaraq hamısı Rusiya istehsalıdır. Bir qayda olaraq onlar qara bazardan alınır. islamazeri.az