Rəsmi Bakı DQ-dakı seçkilərdə qərbli və sionist rejimin müşahidəçilərinin iştirakı barəsində süküt etdiyi bir vaxda Tanzaniya hökumətinə DQ ilə bağlı nota verib
/Aran Agentliyi
Rəsmi Bakı DQ-dakı seçkilərdə qərbli və sionist rejimin müşahidəçilərinin iştirakı barəsində süküt etdiyi bir vaxda Tanzaniya hökumətinə DQ ilə bağlı nota verib.
Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib
Notanı Tanzaniya XİN-ə Azərbaycanım Misirdəki səfirliyi göndərib. Hələlik notaya cavab gəlməyib.
Notada XİN-in rəsmi saytında Dağlıq Qarabağ ilə bağlı məsələnin tezliklə həlli tələb olunur.
Xatırladaq ki, Ermənistan KİV-in məlumatına görə, Tanzaniya XİN öz rəsmi saytında səfər etmək üçün viza tələb olunan ölkələrin siyahısına qondarma “Dağlıq Qarabağ Respublikası”nın da adını daxil edib.