Əhalinin 30%-dən çoxu Rusiya və digər dövlətlərə çörək pulu dalınca yollanıblar
/Aran Agentliyi
HaqqYolu - Əhalinin 30%-dən çoxu Rusiya və digər dövlətlərə çörək pulu dalınca yollanıblar.
“Azərbaycan Respublikası durmadan inkişaf edib çiçəklənir”? “Azərbaycan Respublikası avropanın öndə gedən bir çox dövlətlərini qabaqlayır”? Bütün bu uğurlar mərhum prezident Heydər Əliyev və onun layiqlı davamçısı olan İlham Əliyevin “alqışa” laiq siyasəti nəticəsində əldə olunub?
Bəs görəsən Azərbaycan gənclərinin gələcəyi Əliyevlər sülaləsinin siyasət planlarına daxildirmi? Əminəm ki, bu sualı istənilən dövlət məmuruna versək hamısı bir ağızdan deyəcək Bəli! Əlbətdəki! Bizim gənclərimiz yürütdüyümüz siyasətdə ən geniş yerə malik olan bir amillərdəndir.
Razıyam ancaq unudmaq olmaz ki, bu sadalananlar yalnız sizin balalarınıza aiddir. Bəli siyasətinizə görə sizin balalarınız Azərbaycan Respublikasının gələcəyində geniş yer tutur. Kasıb balası sizin planlarınıza daxil deyil. Yaxşı təhsil almaq, bahalı maşınlarda gəzib dəb-dəbəli paltar geyinmək, ən gözəl təamlardan dadmaq yalnız sizin evladlarınızamı aiddir?
Xeyir səhv düşünürsünüz, bu hər bir Azəri balasının hüququdur ki, Azərbaycan Respublikasının istər yeraltı istərsədə yerüstü sərvətlərindən gələn gəlirlə yaxşı yaşayıb, gözəl təhsil alsın. Ancaq çox heyif ki, ölkəmizin 95% gəncləri bu imkandan məhrumdur. Necə ola bilər ki durmadan inkişaf edib çiçəklənməkdə olan və bir çox avropa ölkələrini qabaqlayan Azərbaycan Respublikasında gənclər işsizdir?
İş tapanlar isə aylıq gəlirlərini ya kreditə yada borca ödəyir, çün ki işə qəbul olanda onun biliyi yox pulu sınağa çəkilib. Əhalinin 30% yaxını Rusiya və digər dövlətlərə çörək pulu dalınca yollanıblar.
Qarabağ müharibəsi veteranlarının aldıqları pensiya günə 1-çörək almaq üçün kifayət edir. Elimli gənclərimiz isə savadsız olan, ancaq pul hesabına yaxşı işlərdə fəaliyət göstərən papasının gülbalalarının kölgəsi altında qalıblar.
Əhalinin yerdə qalan hissəsi isə çox çətin gün güzaran sürür. Gənclərin etdikləri şikayətlərdən belə məlum olur ki, dövlət məşqulluq idarəsində bir çox vakant iş yerlərinin olması göstərilsədə bu gözdən pərdə asmaqdan başqa bir şey deyil, çünki müraciət etdikdə deyirlər ki bu siyahı yalnız statistika üçündür.
Bax elə həmin bu yalançı statistikalardır ki, hər ilin yekununda xalqa deyilir və aldadılır. Çalışılır ki, avropaya və digər dövlətlərə Azərbaycan xalqının xoşbəxt və firavan həyat sürdüklərini göstərsinlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq tam əminliklə demək olar ki, hakimiyyətdə olan qüvvələr heçdə xalqı nəzərə almır. Gələcəyimiz hesab edilən gənclərimizin işsizlik problemi belə gedişatla daha ağır vəziyətə düşəcək.
İstənilən idarə və təşkilatlara müraciət etsəniz indiki zamanda pulsuz iş tapmağın qeyri mümkün olduğunun şahidi olacaqsınız. Bunun nəticəsidir ki, kriminal hadisələrin əksəriyətində gənclər baş rollarda olurlar və belə hadisələrin sayı günbə gün artmaqdadır. Bunun nəticəsidir ki, İslam dininə zidd olan şeylər bizlər üçün az qala müqəddəs kimi tanıtdırılır.
İndi cavab verin sualıma necə ola bilər ki, özünüzü avropaya tanıtdırdığınız kimi desək müstəqil, sivil və demokratik bir dövlətdə əhali arasında istənilən sahə üzrə bu qədər fərq olsun?
Necə ola bilər ki, inkişafda olan bir dövlətin gəncləri iş tapmaqda olduqca böyük çətinliklərlə üzləşsinlər?
Bilirəm çətindir bu suallara cavab tapmaq, ancaq çıxış yolunuz yoxdur, Azərbaycan xalqı bir gün bütün bunların hesabını tələb edəcək sizlərdən. Bu dünyada da olmasa Qiyamətdə Allah hüzurunda hər günahınız üçün cavab verməli olacaqsınız. Çünki bu əməllərinizlə sizlər Allah və onun Rəsulunun əleyhinə çıxırsınız.
“Allaha və Onun Peyğəmbərinin əleyhinə çıxanlar cəhənnəmdəki ən zəlil kimsələr içində olacaqlar!” - Qurani Kərim, surə “Əl-Mücadələ” ayə-20.
Əli Ramazanov
islamtimes.org