Tarix : 2012 Jul 31
Kod 31922

Vüsal Hətəmov: “Qeyri-müsəlman ölkələrində baş verən məscid tikintiləri bizim aiddiyyatı orqanlar...

Fransada 200 məscid tikilməsi məndə bir o qədər təəccüb doğurmur. Əgər Azərbaycanda tikilsəydi, heyrətdən bəlkə də ölərdim
/Aran Agentliyi

Fransada 200 məscid tikilməsi məndə bir o qədər təəccüb doğurmur. Əgər Azərbaycanda tikilsəydi, heyrətdən bəlkə də ölərdim

HaqqYolu - “Fransada 200 məscid tikilməsi məndə bir o qədər təəccüb doğurmur. Əgər Azərbaycanda tikilsəydi, heyrətdən bəlkə də ölərdim”.

Bu fikirləri “Azərbaycan Birlik Təşkilatı” İB-nin sədri Hacı Vüsal Hətəmov öz “facebook” səhifəsində paylaşıb.

O, Deyerler.Org-a statusu haqda bunları deyib: “Bu status kinayəli bir sözdür. Zarafatdır, amma burda ciddiyyət də var. Son iki-üç ildə Azərbaycanda İslami dəyərlərə qarşı olan hücumlar Allah evlərindən də yan keçmədi. Bu səbəbdən də qeyri-müsəlman dövlətlərində məscid tikintisi, məscidlə bağlı bərpa işləri gedəndə bir vətəndaş kimi öz ölkəmizdəki vəziyyətə acıyıram. Mənə elə gəlir ki, qeyri-müsəlman ölkələrində baş verən məscid tikintiləri bizim aiddiyyatı orqanlara biz mesajdır ki, nümunə götürsünlər. Bildiyimə görə, Fransada 2200 məscid var. Səhv etmirəmsə, Azərbaycanda heç o qədər məscid yoxdur. Yenidən Fransada 200 məscid tikilir. Bakı 2009-cu ildə İslam Mədəniyyəti Paytaxtı elan edildi. Demək olar ki, Azərbaycanda ən çox məscid söküntüsü də həmin illərdə baş verdi”.  

  • Yazılıb
  • da (də) 2012 Jul 31