/Aran Agentliyi
Tehranda əxlaq polisi hicabı kamil geyən qadınlara gül paylayıb
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İslam qaydalarına zidd geyinən qadınların küçədə sərbəst gəzməsinə icazə verilməyən İran İslam Respublikasında, yerli polis müqəddəs Ramazan ayında yeni kompaniya keçirib.
Yerli polis paytaxt Tehran şəhərində hicaba düzgün riayət edən xanımlara hədiyyə olaraq qızıl gül verib.
Bir çox prospekt və küçələrdə yerli polis tərəfindən keçirilən aksiya Tehran sakinlərində müsbət təsir qoyub.