Tarix : 2012 Jul 31
Kod 31942

yolunun azması üçün düşmənin istifadə etdiyi amillər

Nicat və qurtuluş yalnız İslamdadır
/Aran Agentliyi

Nicat və qurtuluş yalnız İslamdadır.

HaqqYolu - Artıq elə bir zamanda yaşayırıq ki, cəmiyyət günü-gündən uçuruma doğru gedir. Hər bir kəs ətrafımızda baş verən hadisələrə nəzər salsa bunun şahidi olar. İnsanlar arasında rüşvətxorluğun geniş yayılması, əxlaqsızların sayının çoxalması, boşanmaların artması, gənc qızların biabırçı geyimi, gənclərin üzdəniraq insanları özləri üçün nümunə götürməsi və özlərini onlara bənzətmələri və s.-lər cəmiyyətin yolunun azdığının göstəricisidir.

Ancaq qeyd etmək lazımdır ki, bütün bunlar kor koranə şəkildə baş vermir. Çünki bizim xalq qeyrətli, namuslu xalqdır. Cəmiyyətimiz həmişə əxlaqa, elmə dəyər vermiş və onu qoruyub saxlayaraq nəsildən nəsilə ötürmüşdülər. Ancaq cəmiyyətimizin düşmənləri məqsəd yönlü şəkildə insanları, cəmiyyəti uçuruma aparırlar.

 

Hər şeyi insanlara yavaş-yavaş alışdırırlar. Bu gün cəmiyyətin yolunu azması üçün külli miqdarda pullar xərclənir. İnsanları əxlaqdan, elmdən ayırmaq üçün min bir hiylə ilə planlar hazırlayırlar. Bunu anlayan ayıq insanlar isə aparılan bu çirkin siyasət və təbliğata qarşı öz səslərini çıxardan kimi şərləyərək həbs edirlər.

Əllərində olan gücdən, vəzifədən istifadə edərək istədikləri kimi hərəkət edrilər. Sanki ölkə yalnız bunlara məxsusdur və sadə camaat da bunların qarşısında qul kimi işləməlidirlər.

Bəli düşmənlər həmişə cəmiyyətin yolunun azması üçün müəyyən üsul və metodlardan istifadə etmişdilər və indi də istifadə etməkdədirlər. Bu səbəbdən də lazım bildik ki, düşmənin istifadə etdiyi bu amillərdən üç ən mühümünü nəzərinizə çatdıraq:

 

1.Təbliğat:

Birinci amil təbliğat olub, siyasətçilərin xalqın fikrini dəyişməkdə, yeni ictimai fikir formalaşdırmaqda və onları istədikləri səmtə yönəltməkdə istifadə etdikləri əsas üsullardan sayılır. Müxtəlif cəmiyyətlər və mədəniyyətlər bir-birindən fərqləndiyi kimi, təbliğat amilindən istifadə yolları da fərqlidir.

Bugün cəmiyyətin yolunun azmasında istifadə edilən ən mühüm təbliğat vasitələrindən biri televiziyadır. Dünyada baş verən hadislərin çoxunu təhrif edərək öz istədikləri şəkildə cəmiyyətə çatdırmaları, televiziyada gedən üzdəniraq veriliş, teleserial və kliplər bu cür təbliğata sübutdur.

Bugün televiziya vastəsilə təbliğat apararaq insanlar arasında hər hansısa bir fikri formalaşdırmaq çox asan bir işdir. Bugün televiziyada İslami mövzuda, vətənpərvərlik mövzusunda olan verilişlərin yayımlanmasına qoyulan qadağa və əvəzində əxlaqsızlığı təşviq edən proqramların efirə buraxılması cəmiyyətin yolunun azması üçün aparılan bu çirkin təbliğatın tərkib hissəsidir. Bu səbədən də gərək cəmiyyət ayıq-sayıq ola.

 

2.Təşviqat:

Düşmən xüsusi bir dəstəni təbliğat vasitəsi ilə aldatmağa müvəffəq olsa da, xalqa ümumi şəkildə yalnız təbliğatın bu vasitəsi ilə təsir edə bilmirlər. Bu səbəbdən də cəmiyyətdə nüfuza sahib olan şəxsləri müəyyən vasitələrələ özlərinə cəlb edərək onlardan öz planlarını həyata keçirmək üçün istiafadə edirlər. Kimisinə vəzifə, kimisinə var dövlət vəd etməklə bu çirkin siyasətin həyata keçirliməsində onlara yardım etməsi üçün təşviq edirlər.

Tarix boyu düşmən həmişə bu təbliğat metodundan çox məharətlə istifadə edib. Tarixdə bir çox hallarda cəmiyyətin inkişafına müsbət təsir göstərəcək məsələlər həll olunduğu bir vaxtda düşmən dərhal bu təbliğat vasitəsindən istifadə edərək cəmiyyətdə nüfuzu olan insanları müəyyən vasitələrlə özünə cəlb edərək sonda bu məsələlərin müvəffəqiyyətsizliyə düçar olmasına nail olurlar. Bu gün də cəmiyyətimizdə eyni cür hadisələr baş verməkdədir.

 

3.Təhdid:

Düşmən cəmiyyətdə mövcud olan ayıq-sayıq insanları isə qorxutmaq və hədələməklə öz itaətləri altında saxlamağa çalışırlar. Müxalifət edənləri, haqqı deyənləri həbs etməklə, işgəncə verməklə və ya ortadan götürməklə susdurmağa çalışırlar. Bir neçə insanların başına bu oyunu açmaqla yerdə qalan insanlarıda təhdid edərək qorxudurlar ki, əgər səsinizi çıxarsaz sizin də başınıza bu işlər gələcək.

Bugün zülmlər, haqsızlıqlar qarşısında dözməyərək öz haqq səslərini çıxardan mübariz ruhanilərimiz şərlənrək həbs edilməsi düşmənin bu vasitədən istifadə etməsinə sübutdur.

Bütün bu təbliğatların qarşısında gərək biz ayıq sayıq olaq. Xalqa düşmənin bu çirkin siyasətinin mahiyyətini çatdıraq. Bugün hər bir kəsin vəzifəsidir ki, özünü, ailəsini və övladlarını İslami dəyərlər əsasında düzgün şəkildə tərbiyyələndirsin. Çünki bizim övladlarımız sabahın cəmiyyətidir. Düşmənin bütün planlarının qarşısını almaq yalnız İslami dəyərlərin yaşamaq və yaşatmaqla mümkündür. Nicat və qurtuluş yalnız İslamdadır.

İslamtimes

  • Yazılıb
  • da (də) 2012 Jul 31