Tarix : 2012 Jul 31
Kod 31943

İnqilab Əhədli: ''Cümə xütbələri Quranın tərkib hissəsdir''

Məscidlərdə oxunması üçün QMİ tərəfindən xüsusi xütbələr hazırlanır
/Aran Agentliyi

Məscidlərdə oxunması üçün QMİ tərəfindən xüsusi xütbələr hazırlanır

HaqqYolu - Məscidlərdə oxunması üçün QMİ tərəfindən xüsusi xütbələr hazırlanır. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında söyləyib. QMİ sədri bildirib ki, Din xadimlərimiz də hər ay bununla bağlı uyğun hesabatlar verəcəklər. Qeyd edək ki, xüsusilə “ərəb baharının” xalqın qələbəsi ilə yekunlaşdığı ölkələrdə -Tunis, Misir və Liviyada Cümə xütbələrinin ciddi əhəmiyyəti üzə çıxıb. Hazırda Suriyada da Əsəd rejiminə qarşı əsas təşkilatlanma və xalqı mübarizəyə çağırışlar Cümə xütbələri zamanı olur. Bu mənada Azərbaycandakı məscidlərdə də xütbələrin vahid mərkəzdən idarə edilməsinin səbəblərini başa düşmək olar. Bəs görəsn Qafqaz Müsəlmanları İdarəsinin məscidlərdə cümə xütbələrinin mövzu və məzmununu müəyyən etməsi nədən qaynaqlanır?

Azərbaycanda islam dininə qarşı çıxarılan bu qanunlar artıq iki ildən yuxarıdır ki, öz əksini tapır. Bütün bunlar istər din içərisindən istərsə də qeyri dindar məmurlar tərəfindən dinimizin maariflənməsinə vurulan böyük bir zərbədir. Bu sözləri Azərbaycan İslam Partiyası (AİP) sədrinin birinci müavini İnqilab Əhədli İslaminsesi.az – a mövzu ilə bağlı açıqlama verərkən söyləyib: “Bu günləri Qafqaz Müsəlmanları İdarəsi, dini qurumların rəhbərləri bu addımı atıblar və cümə xütbələrini bir proqram şəklinə salmaq istəyirlər. Bu qurumlar düşünmürlər ki, bu addımı atmaqla Allahın ayinlərinə qarşı çıxırlar. Bəs sual yaranmır ki, sizlər özünüzü Allah və onun peyğəmbərindən daha elmli, ağıllı hesab edirsiniz. Məgər Allah hər şeyin ən gözəlini bilən deyil? Bu artıq dinimizə eyni zamanda dinin başında dayanan həzrəti Məhəmmədə (s) qarşı bir növ təhqirdir. Cümə xütbələrini məhdudiyyətə almaq Allah və peyğəmbərinə tohin etməkdir. Biz 70 il sovet imperiyasının əsarəti altında yaşamışıq. O zaman dinimizə məhdudiyyət qoyulması ola bilsin hardasa dinimizin qorunması kimi idi. Həmin dövrdə din xadimləri var idi ki, bütün quran ayələrini insanlara nağıl şəklində çatdırırdılar ki, o çirkin rejim bunu quran ayəsi bilib yasaq etməsin. Həmin bu ruhanilər dinimizi bizim müstəqilliyimizə qədər çıxardıblar. Azərbaycan müstəqil bir dövltədrisə və onun özünə məxsus həmdə dini qanunları vardır. O qanunlar ki, din azadlığı, söz azadlığı, heysiyyat azadlığı bizim konstitusiyamızda öz təsbitini tapıb. Və bu günləri dinimizə belə bir məhdudiyyətlərin qoyulması məgər keçmiş rus imperiyasında olan diktatorluğun bir forması deyilmi. Axı bizim konstitusiyamızda söz azadlığı, dini etiqad azadlığı var. Belə olan təqdirdə bu qanunlara qarşı çıxılır. Məgər cümə xütbəsi təhlükəlidirmi ki, ona qarşı məhdudiyyətlər qoyulsun. Azərbaycan məmurları ölkədə azadlığın və hər şeyin gözəl olduğu ilə bağlı məlumatları bütün dünyaya yayırlar. Həmin məmurlara bir ruhani kimi sual vermək istərdim ki, əgər Azərbaycanda azadlıq, demokratiya varsa bəs niyə cümə xütbəsindən narahatsınız. Hesab edirəm ki, cümə xütbələri Allahın nazil etdiyi quran ayələridir və bunlara məhdudiyyət qoymağa ehtiyac yoxdur

  • Yazılıb
  • da (də) 2012 Jul 31