Tarix : 2012 Aug 01
Kod 31948

Azadlıq qəzeti vicdan məhbuslarının fotoşəkillərini dərc etdi

Bakıda çıxan Azadlıq qəzeti vicdan məhbusları; o cümlədən həbsdə olan müstəqil jurnalistlərin məzlumluq və günahsızlıq fəryadını ictimaiyyətin diqqətinə çatdırmaq ...
/Aran Agentliyi

Bakıda çıxan Azadlıq qəzeti vicdan məhbusları; o cümlədən həbsdə olan müstəqil jurnalistlərin məzlumluq və günahsızlıq fəryadını ictimaiyyətin diqqətinə çatdırmaq üçün onların fotoşəkillərini dərc edib.

Azadlıq qəzetində dərc olunmuş vicdan məhbusları və həbsdə olan müstəqil jurnalistlərin fotoşəkilləri arasında cari ilin 17 fevralında saxta ittihamlarla həbs edilmiş İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlının da fotoşəkili yer alıb.

Tolışi Sədo qəzetinin baş redaktoru Hilal Məmmədov, İslam-Azəri internet saytının baş redaktoru Ramin Bayramov, Xural nəşriyyatının baş redaktoru Əvəz Zeynallı, siyasi fəallar Vidadi İskəndərli və Nemət Pənahlı Azadlıq qəzetində fotoşəkilləri dərc edilən digər vicdan məhbuslarıdırlar.

Vicdan məhbuslarından 10-nun fotoşəkilinin Azadlıq qəzetində dərc edilməsi təşəbbüsü İctimai Palata tərəfindən irəli sürülüb və bu yolla ölkə ictimaiyyəti və beynəlxalq dairələrin diqqətini rəsmi Bakının jurnalistlər, siyasi fəallar və insan haqları müdafiəçiləri ilə ədalətsiz və qeyri-qanuni rəftarlarına çəkməkdir.

Azərbaycan Respublikasında tanınmış juranlist olan Anar Bayramlı cari ilin 17 fevralında islamçılar və müstəqil jurnalistlərə qarşı 3-cü repressiya dalğası zamanı yaşadığı evdən polis idarəsinə aparılmış və orada cibinə narkotik maddə qoyularaq, haqqında 2 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılmışdır.

Azərbaycan Respublikasında indiyə kimi 30-dan artıq ictimai və siyasi dairə habelə, media vasitələri həmçinin beynəlxalq qurum və təşkilatlar o cümlədən Beynəlxalq Amnistiya və Sərhədsiz Reportyorlar təşkilatları Anar Bayramlının həbsini pisləyərək, onu vicdan məhbusu adlandırıblar.

Bakının Binəqədi Rayon Məhkəməsi 11 iyun 2012-ci il tarixində ədalətsiz və sifariş əsasında olan bir qərarda Anar Bayramlıya qarşı saxta ittihamlara və yalançı şahid ifadələrinə istinad edərək, 2 il azadlıqdan məhrumetmə qərarı çıxartdı.

Bu siyasi qərar bir daha yerli və xarici reaksiyalara səbəb oldu. Hətta, Avropa Şurasının Azərbaycan Respublikası məsələləri üzrə xüsusi məruzəçisi Kristofer Ştraser də Anar Bayramlını siyasi məhbus adlandıraraq, ona azadlıq istədi.

Bu arada İranın Bakıdakı səfirliyinin məsələ ilə bağlı 2 etiraz notası verməsi ilə yanaşı, İranın onlarla siyasi, ictimai və media dairəsi və ölkə rəsmiləri o cümlədən Parlament üzvləri, mədəniyyət və islami irşad naziri, xarici işlər nazirinin müavini və xarici işlər nazirliyinin sözçüsü, İslam İnqilabının Böyük Rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Anar Bayramlının həbs edilməsinə reaksiya göstərmiş və sifariş əsasında baş tutan bu hərəkətin iki ölkə münasibətlərinə xüsusilə də media əməkdaşlıqlarına xələl gətirəcəyini bildirmişlər.

Səhər.TV

 

  • Yazılıb
  • da (də) 2012 Aug 01