Azərbaycanda Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Tolışi Sədo qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı ittihamların ...
/Aran Agentliyi
Azərbaycanda Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Tolışi Sədo qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı ittihamların saxta olduğunu bildirərək deyib ki, onun vəziyyəti ağırdır.
Bakıda çıxan Bizim Yol qəzetinin yazdığına görə Tolışi Sədo Qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə və onu himayə məqsədilə keçirilmiş dəyirmi masada çıxışı zamanı deyib ki, polis və təhlükəsizlik qüvvələri Hilal Məmmədovun sifarişli həbsinin ilk anlarından , onun cismi təzyiqlərə məruz qoyublar və onun ən ilkin hüquqlarını belə pozublar.
Azərbaycan Respublikasında Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri sonra deyib:" özləri Məmmədov haqda saxta və həqiqətə uyğun olmayan xəbərlər və məlumatlar yayan hüquq və polis qüvvələri, Hilal Məmmədova ittihamların vurulmasının mahiyyəti, onun vəkilinə həmçinin Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin üzvlərinə, istintaq prosesi haqda məlumatın verilməsinə qadağa qoyublar.
Arzu Abdullayeva sonra deyib:" Xroniki astma xəstəliyindən əziyyət çəkən Hilal Məmmədovu , Kürdəxanı ümumi həbsxanadan ağır işlərlə yanaşı olan həbsə məhkum olan xüsusi həbsxanaya köçürüblər. bu da onun sağlamlığını təhlükəyə salıb".
Universitet müəllimi, şair, yazıçı habelə Azərbaycan Respublikasında ən böyük etnik azlıq olan Talışların yeganə mətbuat orqanı olan Tolışi Sədo qəzetinin baş redaktoru Hilal Məmmədov, ötən ay narkotik maddələr qarayaxması, sonra isə casusluq ittihamı ilə həbs edildi ki, nəhayət bu puç və əsassız ittihamların ona qarşı ortaya atılması Beynəlxalq Amnistiya Təşkilatı kimi beynəlxalq qurumların reaksiyasına həmçinin Hilal Məmmədovun siyasi məhbus adlandırılmasına səbəb oldu.