Dünyanın təşkilatlanmış bir zamanında əgər hər hansı bir müsəlman təşkilatlanmamış olarsa, həmin müsəlman nəinki cəmiyyətə, hətta özünə belə xeyir verə bilməz
/Aran Agentliyi
Dünyanın təşkilatlanmış bir zamanında əgər hər hansı bir müsəlman təşkilatlanmamış olarsa, həmin müsəlman nəinki cəmiyyətə, hətta özünə belə xeyir verə bilməz.
Qarşımıza sual çıxa bilər ki bəs təşkilatlanmaq nədir, özünü müsəlman hesab edən şəxs bu iş üçün nə etməlidir?
Cavab veririk ki, təşkilatlanmaq Allahın vacib buyurduqlarına əməl edib və haram buyurduqlarını tərk etmək, ələ silah alıb döyüşmək deyil və ya bunlara əməl etməklə tamamlanmır. Təşkilatlanmaq yəni bu gün Allahın, Onun dininin və dinini qəbul edib bu yolda malları və canları ilə xidmət edənlərlə mübarizə aparan düşmənlərlə mübarizə aparmaq deməkdir. Əgər düşmən bu gün sənin Allahına, dininə və əqidənə qarşı internet, mətbuat və digər qəbildən olan vasitələrlə mübarizə aparırsa sən və mən müsəlmanın vəzifəsi də budur ki, bu vasitələrdən istifadə etməklə qarşı tərəflə mübarizə aparsın. Yox əgər silahla mübarizə aparırsa bunun da cavabı bəllidir.
Əgər bir müsəlman islamın siyasi, ictimai və digər məsələlərində səhlənkarlıq edib iştirak etmir və maraqlanmırsa onun əməl etdiyi digər əməllərin düzgünlüyü də şübhə altındadır. Çünki insan özünə və öz nəfsi istəklərinə uyğun əməl etmək üçün yaradılmayıb bəlkə, özü ilə yanaşı digər insanların barəsində düşünməli və Onların Allahın əmrlərinə uyğun yaşamaları üçün çalışmalıdır. Əgər dünyanın bir yerində bir müsəlmana zülm olunarsa və bu zülmə hər hansı bir müsəlman öz etirazını bildirməzsə və etirazın axırıncı yolu ki, qəlbdə etiraz etməkdir və bunu da etməmiş olarsa artıq həmin şəxsin müsəlmanlığı şübhə altındadır.
Hər bir müsəlmana artıq məlumdur ki, istər Azərbaycanda, istər dünyanın digər müsəlman və qeyri-müsəlman ölkələrində müsəlmanlara, məxsusən də şiələrə zülmlər olunur. Bəzi müsəlmanlar isə buna laqeyd yanaşır. Amma mübariz müsəlmanlar Allahın köməyi ilə təşkilatlanaraq bu zülmün müqabilində dayanmaq və mübarizə aparmaqla yanaşı daha da güclənir və bu yolda öz canları və malları ilə mübarizə aparırlar.
Hər bir kəsədə məlumdur və yaxşı bilir ki, hər kəs Allah, Onun dini və dinini qəbul etmiş və bu yolda çalışan insanlarla mübarizə apararsa axırını Fironun aqibəti gözləyir. Allahda (c.c) hər an öz sadiq bəndələri ilədir və onları yaddan çıxartmır və zalımlarla da necə davranacağını gözəl bilir.
İlahiyatçı Vurğun Abbasov
Xeber44.com