Ramazan ayı ilə eyni zamanda Azərbaycanda “Mədəniyyətlər Gözəli” müsabiqəsinin keçirilməsi xəbəri ölkə xalqını, əsasən də dindarları narahat edib
/Aran Agentliyi
Ramazan ayı ilə eyni zamanda Azərbaycanda “Mədəniyyətlər Gözəli” müsabiqəsinin keçirilməsi xəbəri ölkə xalqını, əsasən də dindarları narahat edib.
AranNews - Mənbəmizin “Lent.az”-a istinadla verdiyi məlumata əsasən, Azərbaycanda ilk dəfə “Miss Civilization of The World 2012” (Mədəniyyətlər Gözəli 2012) gözəllik müsabiqəsi keçiriləcək. Müsabiqədə 18-28 yaş arası, boyu 170-dən yuxarı olan, gözəlliyinə, zəkası, savadı, mədəniyyətinə güvənən subay, yaxud ailəsi və uşağı olmayan xanımlar iştirak edə bilərlər. İştirakçının xarici gözəlliyindən əlavə istedadlı, zəkalı və savadlı olması da müsabiqənin meyarıdır. Təşkilat rəhbərlərinin dediklərinə görə, Bakıya gələn qonaqlara Azərbaycanın tarixi yerləri nümayiş olunacaq. Şəki, Qəbələ və bir çox rayonlara turları təşkil ediləcək. Müsabiqənin keçirilməsində əsas hədəf Azərbaycanı tanıtmaq olacaq.
Azərbaycanda keçirilən müsabiqədə Türkiyə, Albaniya, Tunis, Kipr, İspaniya, Gürcüstan, Ukrayna, Rusiya, Özbəkistan, İsrail, Qırğızıstan, Qazaxıstan da daxil olmaqla, ümumilikdə 24 ölkə iştirak edəcək. Yarışmanın proqramını belədir: birinci gün hər bir ölkə öz milli geyimində səhnəyə çıxacaq, daha sonra bütün ölkə təmsilçiləri Azərbaycan milli geyimində, “Sarı gəlin” sədaları altında podiuma çıxacaqlar. Növbəti günlər isə gecə libası, gəlinlik və idman geyimlərində olacaqlar. Çimərlik geyimi olmayacaq. Çünki biz düşündük ki, bu, mədəniyyət yarışmasıdır və daha səviyyəli təşkil olunsun. Müsabiqənin qalibinin başına brilyant qaşlarla bəzədilmiş 12-15 min avro dəyərində tac qoyulacaq.
Müsabiqənin təşkilatçısı CFC Organizationun rəhbər Kamal Cenk İçtendir. Təşkilat Komitəsinin sədri Fərid Bağırov, koordinatoru Cengiz Aşkın, rejissoru Pərviz Əzimovdur. Bu müsabiqə Azad Azərbaycan Teleradio Şirkətinin və “CFC Organization” təşkilatçılığı ilə keçirələcək. Müsabiqənin Azərbaycan üzrə finalı 25 avqustda Af Hotel Novxanıda təşkil ediləcək.
Ramazan ayı ilə eyni zamanda Azərbaycanda “Mədəniyyətlər Gözəli” müsabiqəsinin keçirilməsi xəbəri ölkə xalqını, əsasən də dindarları narahat edib. Həmçinin, Azərbaycanın bəzi tanınmış şəxsiyyətləri, o cümlədən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev sözü gedən müsabiqənin müqəddəs Ramazan ayı ərəfəsində keçirilməsinin təsadüfi olmadığını bildirib və deyib: “Bu kimi hərəkətlərdən Allaha pənah aparmaq lazımdır”.