Azərbaycan Respublikası rəsmiləri sionist rejim terrorçularının İrana keçməsində Azərbaycan Respublikasının bir yol kimi istifadə etdikləri qeyd olunan ...
/Aran Agentliyi
Azərbaycan Respublikası rəsmiləri sionist rejim terrorçularının İrana keçməsində Azərbaycan Respublikasının bir yol kimi istifadə etdikləri qeyd olunan “Armagedona qarşı casuslar” kitabında irəli sürülən iddialar barəsində açıqlama verməkdən çəkiniblər.
İran alimlərinə qarşı sionist rejim terrorçularının əməliyyatını açıqlayan “Armagedona qarşı casuslar” kitabının dərc olunması ilə əlaqədar xəbər və məlumatların yayılmasından bir neçə həftənin keçməsinə baxmayaraq, Azərbaycan Respublikası təhlükəsizlik rəsmiləri İsrailin terrorçu hərəkətlərində bu respublika ilə əlaqədar məsələlər barəsində sükuta dalıblar.
Mossad casusluq təşkilatının istiqamətləndirməsi və sionist rejimin iki jurnalisti tərəfindən yazılaraq dərc olunan “Armagedona qarşı casuslar” kitabında bildirilir ki, terror amilləri iki əsas yol vasitəsi ilə İrana daxil olurlar: Birincisi İraqın Kürdüstan iqlimi və sonra Azərbaycan Respublikası.
Habelə bu kitabda qeyd olunur ki, nizənin ucu mənasında olan “Kidon” adlı Mossadın xüsusi bir əməliyyat bölməsi İranın nüvə alimlərinin terror olunması məsuliyyətini üzərinə götürübmüş
Bu kitabda yazılıb ki, “Kidon” terrorçuları üzlərini dəyişdirərək və saxta pasportlarla İrana daxil olublar.
Qeyd etmək lazımdır ki, İran alimlərinin terror olunmasında Mossad casusluq təşkilatının terror əməliyyatlarının bütün mürrəkəbliyinə baxmayaraq, İran İslam Respublikası Təhlükəsizlik Nazirliyinin İmam Zamanın (əc) adsız əsgərləri ötən aylarda sionist rejimin bir neçə terror şəbəkəsini aşkarlayaraq onun amillərini həbs ediblər. Həbs olunmuş terrorçular arasında Məcid Cəmali Fəşi adlı bir terrorçu Mossad terrorçu təşkilatı ilə Azərbaycan Respublikası vasitəsi ilə əlaqə yaratdığını etiraf edib. Habelə Cavidan adlı fəaliyyət göstərən Mossadın terrorçu amili Azərbaycan Respublikasına qaçıb və gizlənib.
Səhər TV