/Aran Agentliyi
Növrəstə xanım bildiyimiz kimi keçən ayın əvvəlində İran İslam Respublikasinda “Qadınlar və İslami Oyanış” konfransına bir qrup Azərbaycan qadınları ilə dəvət olunmusunuz. Xahiş edirik bu konfrans barəsində təəssüratlarınızı bizimlə bölüşəsiniz
Bismillahir rəhmanir rəhim.
İran İslam Respublikasından bizi, Azərbaycan qadınlarını orada keçirilən Beynəlxalq “Qadınlar və İslami Oyanış” Konfransına dəvət etdilər. 10 iyul 2012-ci il tarixində işinə başlayan iki günlük konfransda bizimlə bərabər səhv etmirəmsə dünyanın 85 ölkəsindən 1500 nümayəndə qadın iştirak edib. Konfransda müxtəlif milli və etnik mənsubiyyətlərə malik olan müsəlman qadın fəalları tərəfindən ictimai və siyasi hadisələrdə qadınların roluna, problemlərinə, ictimai proseslərdə ailədən tutmuş, cəmiyyətdaxili hərəkatlara qədər qadınların üzərinə düşən vəzifələrin aktuallığı geniş müzakirə olundu.
Biz qadınlar bu toplantıda özümüzə belə bir nəticə çıxardıq ki, cəmiyyətdə qadınların aparıcı və həlledici rolu islami oyanış mərhələsi baxımından olduqca böyükdür.
1400 il öncə ərəb cəzirəsində qadına cahil ərəblər çox aşağı bir səviyyədə nəzər edirdilər. Amma biz bu gün yalnız islam tarixinə nəzər salıb desək ki islam peyğəmbərini Allah-Təala ərəb qəbiləsinə nazil etdi və o da bütün cahil ərəblərin qaranlıq fikirlərinə qarşı mübarizə apardı. Allahın ona bəxş etdiyi müjdəsi Fatimeyi Zəhranı (s.ə) körpə vaxtlarında əlindən tutaraq bütün cəmiyyətləri gəzdirə-gəzdirə sükutla anlatmaq istədi ki, qadın nə deməkdir. Bunların hamısı tarixdə var və islamdan xəbəri olanlar da bilirlər.
İslami baxımdan ölkəmizdə qadınlara arzu olunan azadlıq verilmir, mömünə qız-gəlinlərə, ali məktəblərə davranış-hicab qadağası qoyulub. XXI əsr üçün bu bədəvi qanunlarda pis və ağırdır.
Mən bir cox ərəb, müsalman ölkələrinin konfranslarında iştirak etmişəm. Həqiqətən demək laziımdır ki, qonşu, qardaş İran Respublikasında keçirilən konfrans son dərəcə ali, nümunəvi və qadın təffəkküründə müsbət təsir qoyan, fəallıq üçün stimul verən, olduqca əhəmiyyətli bir tədbir kimi yadda qalacaq. Biz tədbirə görə birinci növbədə, İİR-nın dini Rəhbəri Ayətullah Seyid Əli Əkbər Xameneiyə təşəkkür elədik. Sonda mən arzu edərdim ki, doğma ölkəmizdə də bizlərə belə hörmət və ehtiramla yanaşılsın, səsimiz və diləyimiz eşidilsin. Mən bu konfransın əhəmiyyətini tərəziyə və ölçüyə gəlməz dərəcədə görürəm.
Və salamu aleykum və rahmatullahu və bərakatuh.
islaminsesi.az