Tarix : 2012 Aug 02
Kod 31977

İran dünyada optimal təhlükəsizlik iqtidarına malikdir

İİR-in təhlükəsizlik orqanı dünyada sanballı iqtidara malikdir
/Aran Agentliyi

İİR-in təhlükəsizlik orqanı dünyada sanballı iqtidara malikdir.

Fars Xəbər Agentliyinin məlumatına görə, çərşənbə axşamı günü (31 iyul) paytaxt Tehranda İranın nüvə şəhidlərinin ailə üzvlərinin iştirakı ilə keçirilən bir mərasimdə bu fikri səsləndirən Heydər Moslehi deyib: İranın təhlükəsizlik orqanı təkcə regionda deyil həm də bütün dünyada optimal qüdrətə malikdir. Moslehi həmçinin İran xalqı və İslam İnqilabı düşmənlərinin fitnələrinin uğursuzluğa uğramasına işarə edərək xatırladıb: İİR-nın təhlükəsizlik orqanı başqa ölkələrin təhlükəsizlik orqanları kimi deyil, əksinə İİR-in ehtiyacına uyğun olaraq təşkil edilib.

"Təhlükəsizlik nəzərindən düşmənlərin məğlubiyyətə uğramış planlarını ifşa etmək olmaz" deyə İranın təhlükəsizlik naziri sözlərinə bildirib.

Onun sözlərinə görə, gələn günlər ərzində İranın nüvə şəhidləri ailələri ilə bağlı müsahibələr səsləndiriləcək.

Moslehi xatırladıb: "Son zamanlar İranın təhlükəsizlik qüvvələri tərəfindən aparılan əməliyyatlarda həbslər xüsusi bir əməliyyat idi və bu da düşmənləri çaş-baş qoymuşdur.

İranın təhlükəsizlik naziri İranın nüvə alimlərindən olan Daryuş Rzayinejadın həyatına qarşı sui-qəsd əməliyyatında müdaxiləsi olan 30-dan çox adamın həbs olunmasını bildirib.

Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən şəxslər ABŞ və Sionist rejimin MKİ və Mossad casusluq orqanlarının himayəsi ilə həyata keçirilib." deyə Moslehi sözlərini tamamlayıb.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Aug 02