Tarix : 2012 Aug 02
Kod 31978

Hacı Səxavət Əliyevin apelliyasiya məhkəməsi keçirilib

Ruhaninin işinə yenidən baxılıb və cəzası yüngülləşdirilərək 1 ilə endirilib
/Aran Agentliyi

 

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün ruhani hacı Səxavət Əliyevin apelliyasiya məhkəməsi keçirilib. Bakı Apelliyasiya məhkəməsində keçirilən iclasda ruhaninin işinə yenidən baxılıb və cəzası yüngülləşdirilərək 1 ilə endirilib.

Xatırladaq ki, Suraxanı rayon məhkəməsinin qərarı ilə Hacı Səxavət Əliyev 1 il 6 ay həbs cəzasına məhkum olunmuşdu.

Qeyd edək ki, Hacı Səxavət Əliyev də narkotik ittihamı ilə həbs olunmuşdu. Ruhani məsciddən evinə gedən zaman naməlum şəxslər tərfindən aparılmış sonradan onun üzərindən narkotik "tapılmışdır."

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Aug 02