Tarix : 2012 Aug 02
Kod 31979

“Əlifba gününə” dövlət səviyyəsində laqeyd yanaşılır

Bəzi məlumatlara görə Təhsil Nazirliyi Əlifba bayramını bütövlükdə ləğv edib və daha bu bayramla bağlı ciddi tədbirlər keçirilmir
/Aran Agentliyi

1 avqust 2001-ci ildə Azərbaycan Respublikasında təmtəraqla elan olunmuş Əlifba Gününə artıq dövlət səviyyəsində laqeyd yanaşılır.

Bəzi xəbər agentliklərinin bu gün Əlifba bayramını yad etmələrinə baxmayaraq, əlaqədar dövlət orqanları, xüsusilə hicablı qızların təhsilinə yasaq qoymaqla məşhurlaşan Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlifba bayramına tam laqeyd qalıb.

Bəzi məlumatlara görə Təhsil Nazirliyi Əlifba bayramını bütövlükdə ləğv edib və daha bu bayramla bağlı ciddi tədbirlər keçirilmir.

Bu isə müsəlman əhalinin narazılığına səbəb olub. Çünki Əlifba bayramının Azərbaycan Respublikasında latın əlifbasının tətbiqinə başlanan gün yəni avqustun 1-də qeyd olunması nəzərdə tutulsa da, müsəlman əhali bu fürsətdən əsasən ata-baba yəni Quran əlifbası olan ərəb əlifbasını yadda saxlamaq üçün bəhrələnirdi. Çünki əslində “Əlifba” sözü öz-özlüyündə əski əlifbasına uyğun bir söz və addır. Əlifba sözü, “əlif” və “ba” hərflərindən təşkil olunmuş bir kəlmədir. Əlifba bayramında isə şagirdlər əski əlifbanın hissələri olan “əlif”, “ba” və digər hərfləri canlandıran maraqlı səhnəciklərdə rol ifa edirdilər. Baxmayaraq ki, bu məsum şagirdlər kommunist rejimi və xələflərinin gətirdikləri yad əlifbaları, kiril və latın əlifbalarının tətbiqi nəticəsində Əlifba bayramı səhnəciklərində göstərdikləri “Əlif”, “Ba”, “Cim” və tarixi əlifbamızın digər hərflərini məktəbdə öyrənməmiş bu səhnəciklərdə rol ifa edirdilər. Artıq Əlifba bayramına və onun belə tərkib hissələrinə dövlət laqeydliy göstərir ki, Azərbaycan Respublikası xalqının tarixi əlifbasının bu həddə yad edilməsi rəsmi dairələrə sərf etmir. Belə ki, Əlifba bayramının faktiki yığışdırılmasını da bunun bariz nümunəsi saymaq olar. Qeyd etmək lazımdır ki, müsəlman xalqın tarix boyu işlətdiyi əlifbanı yaddan çıxarıb, xalqı savadsızlaşdırmaq siyasəti çərçivəsində Azərbaycan Respublikasında əlifba iki dəfə kommunist rejimi tərəfindən dəyişdirilmişdi və bu rejim dağılandan sonra isə qərbə inteqrasiya siyasəti çərçivəsində bir daha latın əlifbası Azərbaycan Respublikasında tətbiq olunub. Eks-prezident Heydər Əliyevin fərmanı ilə 1 avqust 2001-ci ildə bu dəyişiklik Əlifba günü adı ilə rəsmiləşmişdir.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Aug 02