Tarix : 2012 Aug 02
Kod 31980

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi ATƏT-dən kömək istəyir

Azərbaycan Respublikası Məhbus İslamçıların Hüquqlarını Müdafiə komitəsi ATƏT-in Bakıdakı nümayəndəsinə bir məktub ünvanlayaraq...
/Aran Agentliyi

Azərbaycan Respublikası Məhbus İslamçıların Hüquqlarını Müdafiə komitəsi ATƏT-in Bakıdakı nümayəndəsinə bir məktub ünvanlayaraq Azərbaycan İslam Partiyasının həbsdə olan üzvlərinin vəziyyətinin araşdırılmasını tələb edib.

Turan İnformasiya Agentliyinin məlumatına görə, bu məktubda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının siyasi məhbuslar məsələsinin araşdırılmasında xüsusi səlahiyyətlərinə toxunaraq istənilib ki, bu təşkilatın Bakıdakı nümayəndəsi Koray onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində öz nüfuz və səlahiyyətlərindən istifadə etsin.

Bu məktubda habelə 15 saylı təcridxanada saxlanılan İslam partiyasının Astara şöbəsinin rəhbəri Ruhulla Axundzadənin vəziyyətinin ağır olmasına toxunularaq bildirilib: Axundzadə İslam partiyası sədrinin mərhum müavini şəhid Vaqif Abdullayevin həbsdəki vəziyyətini müşahidə etməklə müalicə olunduğu həbsxanada artıq oranın həkimlərinə etimad etmir və onun xarici bir həkim tərəfindən müayinə olunması zəruridir. Buna görə də bu məhbusun ailəsi bu şəraitin təmin olunması üçün ATƏT-in köməyinə ehtiyaclıdır.

 

 

  • Yazılıb
  • da (də) 2012 Aug 02