/Aran Agentliyi
HaqqYolu - DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun təşəbbüsü ilə Hacı Vaqif Abdullayevin faciəli vəfatı ilə bağlı Azərbaycan ictimaiyyəti nümayəndələrinin birgə bəyanatına dəstək davam edir. Artıq ölkənin 100-dən artıq ictimai-siyasi xadimi bu bəyanata qoşulmuşdur. Yaxın günlərdə bəyanatın tam mətni və onu dəstəkləyənlərin siyahısı dərc ediləcəkdir.
Xatırladaq ki, bəyanatda siyasi məhbus Hacı Vaqif Abdullayevin dünyadan köçməsi ilə bağlı dərin narahatlıq bildirilir, Hacı Vaqif Abdullayevə qarşı bu cür davranışa qəti etiraz səsləndirilir, onun ölümündə günahkar olanların aşkar edilib, məsuliyyətə cəlb edilmələri tələb edilir. Bəyanat müəllifləri vurğulayırlar ki, Hacı Vaqif Abdullayevə qarşı sərgilənən bu rəftar - ən ümdə konstitusion hüquq və azadlıqların pozulması deməkdir. Belə ki, İslam partiyasının sədr müavini olan Hacı Vaqif Abdullayev, öz baxışlarına görə təqibə məruz qalıb və qeyri-obyektiv keçirilən məhkəmənin əsassız və qeyri-hüquqi hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Azadlıqdan məhrumedilmə yerlərində onun xəstəliyinin şiddətlənməsinə baxmayaraq, barəsində yetərli tibbi tədbirlər görülməmiş, kompetent həkim nəzarəti və ciddi müalicə təmin edilməmişdir. Bu azmış kimi, xəstəliyinin son dərəcə şiddətlənməsi mərhələsində belə, Hacı Vaqif Abdullayevin xilası üçün heç bir zəruri və kafi addımlar atılmamışdır. Bütün bunların nəticəsində Hacı Vaqif Abdullayev zindanda dünyasını dəyişmişdir.
Bəyanatın sonunda müvafiq orqanlara müraciətlə bu faciənin hərtərəfli araşdırılması üçün kompetent və səlahiyyətli komissiyanın təşkil edilməsinə çağırış edilir.
Deyerler