Bakının Apelyasiya Məhkəməsinin Səhər kanalının yerli müxbiri Anar Bayramlının həbs müddətinin 2 ildən 1 il müddətinə kimi azaldılması ilə bağlı qərarı Azərbaycan mediasında geniş rezonans doğurub
/Aran Agentliyi
Bakının Apelyasiya Məhkəməsinin Səhər kanalının yerli müxbiri Anar Bayramlının həbs müddətinin 2 ildən 1 il müddətinə kimi azaldılması ilə bağlı qərarı Azərbaycan mediasında geniş rezonans doğurub.
APA xəbər agentliyi Anar Bayramlının qardaşı Yaşar Bayramlıya istinadla bildirib ki, Apelyasiya Məhkəməsi Anar Bayramlının şikayətini qismən təmin edərək, onun həbs müddətini 2 ildən 1 ilə qədər azaldıb.
ANS telekanalı da bu haqda xəbər yayaraq, Anar Bayramlının jurnalistika fəaliyyəti ilə bağlı bəzi kadrları efirə verib.
Salam Nyus xəbər agentliyi isə yazıb: Bakı Apelyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qərarını dəyişərək, həbs müddətini yarıya endirib.
Azadlıq Radiosunun saydı da Anar Bayramlının vəkili Anar Qasımlıya istinadla yazıb: Biz Anar Bayramlının azadlığa buraxılmasını istəyirdik və elə bu əsasla Binəqədi Rayon Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət etdik. Apelyasiya Məhkəməsi də şikayətimizi qismən təmin etdi. Bu, son iki ildə birinci dəfədir ki, mən məhkəmə iclasında xoş əhval-ruhiyyə ilə çıxıram.
Dəyərlər saytı da Anar Qasımlıya istinadla yazıb: Biz hələ də Anar Bayramlının azadlığı uğrunda mübarizəni davam etdirəcəyik.
Azərbaycan və İranda ictimai və media dairələrinin habelə, beynəlxalq qurumların etirazlarının ardınca Bakı Apelyasiya Məhkəməsi İranın Teleradio Təşkilatının yerli müxbiri Anar Bayramlının həbs müddətini 2 ildən 1 ilə qədər azaldıb.
Bakının Binəqədi Rayon Məhkəməsi cari ilin 11 iyununda ədalətsiz və sifariş əsasında olan bir qərarda Anar Bayramlını yalançı şahid ifadələri əsasında saxta ittihamlarla 2 il azadlıqdan məhkum etmişdi.