Tarix : 2012 Aug 03
Kod 31999

AİP Gəncə qadağalarına etiraz etdi

Azərbaycan Respublikasının İslam Partiyası Gəncə şəhər məscidlərində Qədr gecələrinə qoyulmuş qadağalara etirazını bildirib
/Aran Agentliyi

Azərbaycan Respublikasının İslam Partiyası Gəncə şəhər məscidlərində Qədr gecələrinə qoyulmuş qadağalara etirazını bildirib.

İslamın Səsi internet qəzetinin verdiyi məlumata görə İslam Partiyası sədrinin müavini Akif Heydərli Gəncə şəhərindəki məscidlərdə iftar süfrələrinin açılması və Qədr gecələrində toplantıların keçirilməsinə qoyulan qadağalara etirazını elan edib.

O, deyib: İcraçı orqanların dini işlərə müdaxilə etməsi müsəlman və dindarlar üçün çoxlu problemlər yaradır. Gəncə şəhər müsəlmanları isə icra başçısı Elmar Vəliyevin islama zidd tədbirlərinə etiraza qalxıblar.

Xatırladaq ki, Gəncə şəhəri Bakıdan 320 km aralıda yerləşir və Azərbaycan Respublikasının şimal-qərb bölgəsində əhalisinə görə 2-ci böyük şəhər hesab olunur.

 

  • Yazılıb
  • da (də) 2012 Aug 03