Azərbaycan, ABŞ Dövlət Departamenti də dini etiqad azadlığının məhdudlaşdırması siyasətinə görə Azərbaycan Respublikası hakimiyyətini tənqid edib!
/Aran Agentliyi
Azərbaycan, ABŞ Dövlət Departamenti də dini etiqad azadlığının məhdudlaşdırması siyasətinə görə Azərbaycan Respublikası hakimiyyətini tənqid edib!
“Amerikanın səsi”nin məlumatına görə, 2011-ci ilə dair hesabatda Azərbaycana həsr olunmuş bölmədə yazılıb ki, Azərbaycan Respublikası konstitusiyası dini etiqad azadlığını nəzərdə tutsa da, digər qanunlar və hakimiyyətin siyasəti praktikada bunu məhdudlaşdırır.
ABŞ Dövlət Departamentinin hesabatında ki, dini qrupların əksəriyyəti dövlətin müdaxiləsi olmadan fəaliyyət göstərir, lakin hakimiyyət bəzi ibadət yerlərində monitorinqlər keçirir, dini materialları müsadirə edir, həmçinin müsəlman və xristian konfessiyalarının bəzi üzvlərini təqib edir, saxlayır.
Daha çox qərb missionerləri ilə bağlı bəzi hərəkətlərdən narazı qalan ABŞ Dövlət Departamenti əlavə edib : “ Azərbaycan hökuməti həmin qrupların bəzisini “qeyri-ənənəvi” hesab edir.”
Hesabatda eləcə də dini qrupların qeydiyyatı məsələsində məhdudiyyət olduğu, ötən ildə bu məhdudiyyətlərin artdığı bildirilir və 2011-ci ilin iyulunda Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” Qanuna 19 düzəlişi qəbul edildiyi və düzəlişlərin hakimiyyətin dini təşkilatlar üzərində nəzarətini möhkəmləndirdiyi qeyd olunur.
Həmçinin qeyd olunur ki, “Təhsil haqqında” Qanunda ibtidai və orta məktəblərdə qızların hicab taxmasına qadağa olmasa da, təhsil nazirinin bunu qadağan edən əmri var.
Hesabatda yazılıb : “2011-ci il mayın 6-da nazirin əmri ilə əlaqədar Təhsil Nazirliyinin qarşısında dindarların kütləvi etiraz aksiyası keçirilib. Aksiya polis gücü ilə dağıdılıb, onlarla adam saxlanılıb. Vaxtaşırı dini ayin və bayramlar zamanı hakimiyyətlə dindarlar arasında qarşıdurma yaranır. Məsələn, dekabrda Gəncədə polis şiələrdən Aşura gününün qeyd olunmamasını tələb edib”. Həmçinin hesabatda namaz qıldıqlarına görə ordunun üç zabitinin vəzifəsinin kiçildilməsi halları baş verdiyi, hökumətin məscidləri, ibadət yerlərini bağlamaq yolu ilə müsəlman icmalarının fəaliyyətini məhdudlaşdırdığı vurğulanır.