Avqustun 1-də Bakı şəhər sakini Murad Nəsirov Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb
/Aran Agentliyi
Avqustun 1-də Bakı şəhər sakini Murad Nəsirov Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Verilən məlumata görə, M.Nəsirov vətəndaş Xıdır Həsənlinin Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən mənzilinə girərək ona qarşı zor tətbiq edib.
Daha sonra isə M.Nəsirov həmin şəxsin 60 manat pulunu, mobil telefonunu, gümüş üzüyünü alaraq ərazidən uzaqlaşıb. X.Həsənli ərazi üzrə 36-cı Polis Bölməsinə müraciət edib.
İdarədən o da bildirilib ki, M.Nəsirovla X.Həsənli bir-birlərini əvvəlcədən tanıyırlarmış.
Qeyd edək ki, M.Nəsirov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yasamal rayon Şöbəsində işləyib və serjant rütbəsini daşıyıb. Onun barəsində cinayət işi açılıb, araşdırma aparılır.
Xeber44.Com