Tarix : 2012 Aug 04
Kod 32005

İraq Türkiyəyə nota verdi

İraq hökuməti Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun Kərkük səfəri ilə bağlı Türkiyəyə etiraz notası verib
/Aran Agentliyi

İraq hökuməti Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun Kərkük səfəri ilə bağlı Türkiyəyə etiraz notası verib. Notanın İraq Xarici İşlər Nazirliyinə çağırılan Türkiyənin Bağdad məsləhətgüzarına təqdim edildiyi ifadə edilir. Notada nazir Davutoğlunun Bağdad rəhbərliyindən icazə almadan etdiyi səfərlə əlaqədar təcili izahat tələb olunduğu qeyd edilir. /Dünya Bülleteni/

Türkiyə xarici işlər nazirliyindən Firudun Sinirlioğlu Türkiyənin gizli gündəmi olmadığını ifadə edərək Bağdadın Ankara səfirini nazirliyə çağırıb və Türkiyənin notaya reaksiyasını ifadə edib.

Xatırladaq ki, Şimali İraq Regional Kürd Müxtariyyatının lideri Məsud Bərzani ilə müzakirələr aparmaq üçün Ərbildə olan nazir Davutoğlu dünən səhər qəflətən Kərkükə gedib.

İraq Türkiyənin Almaniyadan sonra ən böyük ticarət tərəfdaşı mövqeyindədir. İki ölkə arasında illik 12 milyard dollara yaxın ticarət həcmi var və bu ticarətin yarısı Kürd bölgəsi ilə edilir

Deyerler.Org

  • Yazılıb
  • da (də) 2012 Aug 04