Tarix : 2012 Aug 04
Kod 32008

''Niyə narahatsız? Mən 2 ildə özüm əlavə edəcəm,14 məsuma xatir!''

Hakim Mail Bayramov vəkili dinlədikdən sonra prosesi 10 avqust saat 12-dək təxirə salıb
/Aran Agentliyi

 

Hakim Mail Bayramov vəkili dinlədikdən sonra prosesi 10 avqust saat 12-dək təxirə salıb

HaqqYolu - Bu gün saat 16:15-də Bakı Ağır Cinayətlərə dair Məhkəmədə ruhani Hacı Abgül Süleymanovun növbəti məhkəmə iclası keçirilib. Poses hakim Mahir Bayramovun sədrliyi ilə baş tutub. İlk olaraq dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı bütün maddələrlə Hacı Abgül Sülüymanovu təqsirli bilərək:

-CM-sinin 228.1-ci maddəsinə görə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) -3 il;

-CM-sinin 234.1-ci maddəsinə görə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)- 2 il 6 ay;

-CM-sinin 234.4.3-cü maddəsinə görə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) - 9il;

-CM-sinin 233-cü maddəsinə görə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə)- 2 il cəza istəyib.

Dövlət İttihamçısı Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə 12 il həbs cəzası istəyib.

Dövlət ittihamçısının 12 il həbs cəzasl istəməsindən çıxış edən məhbus Abgül Süleymanov maraqlı fikirlər səsləndirib. Ruhani yaxınlarına bildirib ki, heç vaxt ağlamayın. “Niyə narahatsız? Mən 14 il iş istəyirdim. Bunlar 12 il verdilər. 2 ildə özüm artıracam.”

Hakim sözü Hacı Abgülün vəkilinə verib.Rüstəm Zülfüqarov sadalanan cinayətlərlə bağlı Abgül Süleymanovun heç bir günahının olmadığını, bəraət edilməsini istəyib: "Şahidlərin ifadələrinə istinadən bildirirəm ki, Abgül Süleymanov saxlanıldığı zaman əllərinə qandal vurulub. Qandal vurulduqdan sonra isə cibdən hər şey çıxartmaq olar. Digər tərəfdən 2 şahid Abgül Süleymanovun MTN-nin dediyi yerdə deyil, öz qaynatasının evindən tutulduğunu bildirir.

İkinci məsələ Abgül Süleymanovun evindən narkotik və sursatın, əsgər paltarının çıxmasıdır. Abgül Süleymanov özü ifadəsində bildirib ki, İrandan qayıtdıqdan sonra evində təmir getdiyinə görə o evdə yaşamırlarmış. Yaşayış olmayan evdə tapılan narkotik və sursatın Abgül Süleymanova məxsus olmasına heç bir dəlil yoxdur. İttiham aktında bildirilib ki, evdən tapılan narkotik maddə satış məqsədi ilə olub. Bunu da heç crə sübut edə bilmədiniz. Çünki belə bir iş olmayıb. Bundan sonra vəkil Anar Qasımlının qeydlərindən məhkəmənin xəbəri var. Abgül Süleymanovun evinə qapı kəsilərək girilib, vəkilin yaxud da hər hansı bir nümayəndənin iştirakı olmadan evə girilib.

Üçüncü məsələ isə budur ki, ittiham aktında deyilir ki, Abgül Süleymanov Təhsil Nazirliyi qarşısında aksiya təşkil edib. Özüdə aksiyada fəal iştirak edib. Polis aksiya zamanı fəal 30 nəfəri saxlamışdı. Lakin

bu siyahıda Abgül Süleymanovun adı yoxdur. Bu o deməkdir ki, polis aksiya zamanı Abgül Süleymanovda hər hansı fəallıq hiss etməyib.

Dördüncü məsələ isə Papanin adlanan məntəqədə çıxışı ilə əlaqədardır. Çıxışa görə bir neçə ayrı-ayrı çıxarışlar edilib. Bunlardan birincisi milli-irqi ayrı seçkilikdir. Hamınız çıxışı dinləmisiniz yaxud da mətn formasında oxumusunuz. Deyə bilərmisiniz Abgül Süleymanov hansı milləti, irqi üstün tutub yaxud da aşağılayıb?! Hansı milləti hansı millətlə düşmən hesab etmişdir?! Bundan sonra qeyd olunub ki, insanlar təhqir edib. Bu zaman həmin şəxslər məhkəməyə müraciət etməli və Abgül Süleymanovdan şikayətçi olmalıdır. Məhkəməyə izah edildi ki, cihad sözü müharibə demək deyil. Cihad mübarizə mənasını daşıyır. Abgül Süleymanov korrupsiyadan, rüşvətdən, məmur özbaşınalığından və bu kimi neqativ hallardan danışıb və bununla mübarizə aparılması gərəkdiyini bildirib.

Bu sadalanan ittihamların heç biri ilə razı deyilik və Abgül Süleymanovun bəraət almasını istəyirik".

Hakim Mail Bayramov vəkili dinlədikdən sonra prosesi 10 avqust saat 12-dək təxirə salıb.

 

  • Yazılıb
  • da (də) 2012 Aug 04