Tarix : 2012 Aug 04
Kod 32012

Kofi Annan niyə istefa verdi?

Akif Heydərli: ''Amerikanın əsəs fikri Suriyada sülh, demokratiya yaratmaq deyil, yeni dünya müharibəsi ocağı yaratmaqdır ki, buda Kofi Annanlıq deyil''
/Aran Agentliyi

Məlum olduğu kim,i bu ilin fevral ayında BMT-nin və Ərəb Ölkələri Liqasının xüsusi nümayəndəs Kofi Annan Suriyada sülh yaratmaq missiyasını öz üzərinə götürdü. O, bu vəzifəyə təyin olunandan Suriyada baş verən qarşıdurmalara bir sıra yol xəritələri təqdim etdi. Bu planlarda Suriyada münaqişənin sülh yolu ilə həll olunması və Bəşər Əsəd hakimiyyətinin islahatlara getməsi yer alırdı. Bu sahədə bir sıra addımlar da atılmışdır. Hətta Əsəd hakimiyyətinin təklifləri ilə razılaşdırılan addımlar da atıldı və sülh naminə seçkilər keçirildi. Kofi Annan yəqin bir şeydən məlumatı yox idi ki, ABŞ və İsrailin planları tamam başqa bir şeydir. İlk növbədə bizlərə çatan informasiyalar həm yanlış, həm də birtərəfli olduğuna görə çoxları hadisələrə obyektiv nəzər yetirə bilmir. Amma baş verən hadisələr göstərir ki, Kofi Annanın istefasının əsas səbəbi Suriyada baş verən hadisələrdə B.Əsədin inadkarlığı, hakimiyyətdən getməməsi deyil, ABŞ-ın Suriyada Liviya, Tunis hadisələrini təkrarlamaq və İsrailin burada maraqlarını təmin etməklə İrana doğru getmək niyyəti idi ki, bu da onun sülh planları ilə üst-üstə düşmürdü. Və sonda Kofi Annan bunu hiss etdi və istefa verdi.

ABŞ Suriyada sülhün bərqərar olmasını deyil, terrorçuları maliyələşdirməklə ölkədə vətəndaş müharibələrinin alovlanmasına təkan vermək, müsəlmanları qətlə yetirmək, ölkınin iqtisadiyyatını tamamilə cökdürmək və Suriya-İran münasibətlərini qırmaqla regionda hökmranlıq və parçalanma niyyətini həyata keçirməkdir.

Bunlar isə səbəb oldu ki, Kofi Annan öz missiyasını yerinə yetirə bilmədi. Bu da Amerikanın planı idi ki, baş verdi

Bir sözlə, Amerikanın əsəs fikri Suriyada sülh, demokratiyaya nail olmaq deyil, yeni dünya müharibəsi ocağı yaratmaqdır ki, bu da Kofi Annanlıq deyil. ABŞ sadəcə çökmüş iqtisadiyyatının qurtuluşunu belə müharibələrdə, qəsbkarlıqlarda axtarır.

islaminsesi.az

  • Yazılıb
  • da (də) 2012 Aug 04