Tarix : 2012 Aug 04
Kod 32019

Elşən:Təsəvvür edirsinizmi, 12 il!...

Xəbər verdiyimiz kimi 3 avqust tarixində Hacı Abgül Süleymanovun növbəti məhkəməsi keçirilib
/Aran Agentliyi

Məhkəmə prosesində dövlət ittihamçısı Hacı Abgül Süleymanovun 12 il müddətinə azadlıqdan məhrum olmasını tələb edib.Xebername.az İnternet qəzeti xəbər verir ki, məsələylə bağlı olaraq AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu sosial şəbəkədəki səhifəsində "Haqsızlıq davam edir" başlığı ilə Hacı Abgül Süleymanova qarşı Dövlət ittihamçısının 12 il həbs cəzası istəməsinə etiraz edərək belə münasibət bildirib:

Ötən ilin avqust ayından həbsdə olan ruhani Hacı Abgül Süleymanovun məhkəmə istintaqı yekunlaşıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə keçirilən iclasda dövlət ittihamçısı ruhaniyə 12 il həbs cəzası verilməsini istəyib. Təsəvvür edirsinizmi, 12 il!..

Hakim Hacı Abgül Süleymanovun son sözə hazırlaşması üçün məhkəmə iclasını avqust ayının 10-nu saat 12:00-a təyin edib.

Aydın məsələdir ki, Dövlət ittihamçısı sifariş əsasında qərəzli və haqsız tələblə çıxış edir. Bu haqsızlıq olmaqla bərabər, həm də HÜQUQ anlayışının ayaqlar altına atılıb tapdanmasıdır!..

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Aug 04