/Aran Agentliyi
İslamazeri.az-ın verdiyi xəbərə görə, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsində olan islamçılar, ruhani Hacı Tale Bağırov, MMDİB sədri Hacı Mehdi Məmmədov, İslamazeri.az-ın baş redaktoru Ramin Bayramov və digər məhbuslar Azərbaycanın müsəlman xalqını İmam Həsənin (ə) mövludu münasibəti ilə təbrik ediblər: "Azərbaycanın müsəlman xalqını bu gözəl gün münasibəti ilə təbrik edirik, müsəlmanların həyatlarını nümunəvi şəxsiyyətlərdən olan İmam Həsən Müctəbaya bənzətmələrini Allahdan diləyirik. Allah biz müsəlmanları iyamətdə o şəxslərdən ayrı salmasın".
islamazeri.az