Tarix : 2012 Aug 04
Kod 32020

Hicab məhbusları müsəlman xalqımızı təbrik edir

16 sayl cəzaçəkmə müəssisəsindən təbrik mesajı
/Aran Agentliyi

İslamazeri.az-ın verdiyi xəbərə görə, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsində olan islamçılar, ruhani Hacı Tale Bağırov, MMDİB sədri Hacı Mehdi Məmmədov, İslamazeri.az-ın baş redaktoru Ramin Bayramov və digər məhbuslar Azərbaycanın müsəlman xalqını İmam Həsənin (ə) mövludu münasibəti ilə təbrik ediblər: "Azərbaycanın müsəlman xalqını bu gözəl gün münasibəti ilə təbrik edirik, müsəlmanların həyatlarını nümunəvi şəxsiyyətlərdən olan İmam Həsən Müctəbaya bənzətmələrini Allahdan diləyirik. Allah biz müsəlmanları iyamətdə o şəxslərdən ayrı salmasın".

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Aug 04