Sionist rejimi Azərbaycan Respublikasında təbliq edən ANN saytı sionistlərin Azərbaycan mədəniyyətinə məkirli qəsd etməsinə dəlalət edən müsahibə nəşr edib
/Aran Agentliyi
Sionist rejimi Azərbaycan Respublikasında təbliq edən ANN saytı sionistlərin Azərbaycan mədəniyyətinə məkirli qəsd etməsinə dəlalət edən müsahibə nəşr edib.
Azərbaycan Respublikası dilində mahnılar oxuyan İsrailli müğənni Hava Dolevin ANN portalına müsahibədə deyib: “
Tezliklə mənim ifamda yeni Azərbaycan mahnısı eşidəcəksiniz.
Ümid edirəm ki, səsim, Azərbaycan xalqının zövqünü oxşayacaq. Bakıda konsert vermək planımı isə yaxın gələcəkdə reallaşdıracağıma inanıram!”
Sionist rejim müqənnisi hətta Azərbaycan dilində oxumaqı doğma ivrit dilindən də rahat olduğunu iddia edib və deyib : “ Düzünü desəm, Azərbaycan dilində oxumaq mənə daha xoş və rahatdır!!”
Sionist rejimi Azərbaycan Respublikasında təbliq edən ANN saytı sionist rejim müqənnisini də belə tərifləyib : Dinlədiyim zaman da sözlərin düzgün tələffüzü, Azərbaycana məxsus boğazları qoruması müğənninin milli musiqimizi necə incəliklə öyrəndiyinə dəlalət edirdi!!”
Qeyd etmək lazımdir ki, sionist rejim Azərbaycan Respublikasında musiqinin təsirli bir element olduğunu nəzərə alaraq keçən illərdə Xocalı faciəsinin il dönümündə bəzi azəri müqənniləri İşqal olunmuş fələstinə dəvət edib, Xocalı faciəsini yaddan çıxarmaq siyasəti çərçivəsində konsert təşkil etmişdir.
Azərbaycan Respublikası hökumət və xalqını ölkənin əsas məsələlərindən yayındırmaq məqsədi ilə Avroviziya-2012 mahnı müsabiqəsinin Bakıda təşkil olunmasında da nüfuzlu sionist təşkilatların rolu diqqət çəkən olmuşdur. Bu müsabiqə Azərbaycan Respublikasının büdcəsinə bir neçə milyardlıq xərc yükləmişdir və ölkəyə böyük başağrılı problemlər yaratmışdır.
Buna zəmin yaradan Avroviziya-2011 mahnı müsabiqəsində qalib edilmiş gız-oğlan müqənnilərin isə Sionist rejimin Bakıdakı dırnaqarası mədəniyyət mərkəzi öz müsiqi kurslarında yetişdirmişdir.