Tarix : 2012 Aug 05
Kod 32030

Bakı Yay Olimpiyasında rüşvət qalmaqalı qarşısında sükut edir

London 2012 Yay Olimpiya oyunlarında boks yarışlarında hakimlik rüsvayçılığı və Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Boks Federasiyasına rüşvətin verilməsi ...
/Aran Agentliyi

London 2012 Yay Olimpiya oyunlarında boks yarışlarında hakimlik rüsvayçılığı və Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Boks Federasiyasına rüşvətin verilməsi ilə əlaqədar xəbərlərin yayılmasına baxmayaraq, rəsmi Bakı hələ də bu barədə sükut edir.

Turan Xəbər Agentliyinin məlumatına görə, Yaponiya boksçusu Şatori Şimizu ilə Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun qarşılaşmasında türkmənistanlı hakimi İşanquli Meretniyazovun açıq-aşkar qərəzli hakimliyinin ardınca, Azərbaycan tərəfindən Beynəlxalq Boks Federasiyasına rüşvətin verilməsinin yeni cəhətləri aşkar olub.

Bu rüsvayçılığın ardınca, Beynəlxalq Boks Federasiyasının xüsusi komitəsi türkmənistanlı hakimi ölkəsinə göndərmək və qarşılaşmanın nəticəsini Yaponiyanın xeyrinə dəyişməkdən əlavə Azərbaycan Respublikası parlamentinin deputatı və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini olmaqla yanaşı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevi London Yay Olimpiya Oyunlarında iştirak etməkdən məhrum edib.

Bu məlumata əsasən, Beynəlxalq Həvəskar Boks Federasiyasının rəyasət heyəti Ağacan Əbiyevin Olimpiya Oyunlarından kənarlaşdırılmasının səbəbini onun davranış qaydalarını pozması adlandırıb.

BBC telekanalının News Night proqramının Beynəlxalq Boks Federasiyasında daxili mənbələrə istinadən açıqladığı məlumata görə, Ağacan Əbiyev London Yay Olimpiya Oyunlarında Azərbaycana 2 qızıl medal verilməsi qarşılığında 9 milyon dollar rüşvət verib və istehza ilə deyib ki, Azərbaycanın 2 qızıl medal alması ilə Beynəlxalq Boks Federasiyası varlanacaq.

Bu böyük rüsvayçılığın ardınca, Beynəlxalq Həvəskar Boks Federasiyasının rəyasət heyəti iddia edib ki, Beynəlxalq Həvəskar Boks Federasiyasının icraçı direktoru Ho Kim və Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında razılaşmaya əsasən Kəmaləddin Heydərov tərəfindən bu federasiyanın hesabına 10 milyon dollar kredit köçürülüb.

Bildirildiyinə görə, bu məbləğ İsveçrədə bir bank hesabı vasitəsi ilə ABŞ-da bir bank hesabına köçürülüb.

İlk dəfə olaraq ötən il rüşvət vermək vasitəsi ilə London Yay Olimpiya Oyunlarında Boks üzrə idman növündə Azərbaycan Respublikasının iki qızıl medal almaq üzrə səyi ilə bağlı xəbərlər yayımlanmışdı.

Lakin ötən il dekabrda Beynəlxalq Həvəskar Boks Federasiyasının bir təhqiqat komitəsi London Yay Olimpiya Oyunlarında 2 qızıl medal verilməsi qarşılığında Azərbaycan Respublikasından 10 milyon dollar pul alması ilə əlaqədar iddiaları təkzib etdi.

Qeyd etmək lazımdır ki, yaponiyalı boksçu Şimizu ilə azərbaycanlı boksçu Əbdülhəmdovun qarşılaşması zamanı yaponiyalı boksçu rəqibindən 12:5 hesablı ilə geridə idi, lakin 3-cü raundda azərbaycanlı boksçunu 5 dəfə naq-daun  etdi. Belə ki, azərbaycanlı boksçu iki dəfə xəbərdarlıq aldı və onun hesabından 2 xal azaldıldı. Bununla belə hakim 3-cü raundu 12:10 Şimizunun xeyrinə elan etdi.

Yaponiya komandasının etirazı ilə Satori Şimizu görüşün qalibi elan olundu və növbəti mərhələyə vəsiqə qazandı. Eləcə də oyunun hakimi oyunlardan kənarlaşdırıldı.

  • Yazılıb
  • da (də) 2012 Aug 05