Tarix : 2012 Aug 05
Kod 32031

“Əl-Qaidə ” başçısı Ayman Əl-Zavahiri Azərbaycan Respublikasında olub!

Bunu “Əl-Qaidə” beynəlxalq terror təşkilatının rəhbəri Ayman Əl-Zavahirinin kiçik qardaşı Məhəmməd CNN-ə sensasiyalı müsahibəsində deyib
/Aran Agentliyi

 

Bunu  “Əl-Qaidə” beynəlxalq terror təşkilatının rəhbəri Ayman Əl-Zavahirinin kiçik qardaşı Məhəmməd CNN-ə sensasiyalı müsahibəsində deyib.

 Məhəmməd Zəvahiri terror təşkilatının rəhbərlərindən olan doğma qardaşını sonuncu dəfə Azərbaycanda gördüyünü bildirib.

Jurnalistin “qardaşınızın harada olduğunu bilirsinizmi” sualının cavabında o, qardaşını sonuncu dəfə 1996-cı ildə gördüyünü deyib.

O deyib : “Sonuncu dəfə mən öz qardaşımı 1996-cı ildə Azərbaycanda görmüşəm.  Onun sonrakı taleyi barədə məndə heç bir məlumat yoxdur.”

Qeyd edək ki, "Human Rights Watch" təşkilatının məlumatına görə, qardaşlar 90-cı illərin əvvələrində bir müddət bir yerdə yaşayıblar.

Öz müsahibəsində Məhəmməd deyib ki, özünü və qardaşlarını qatil hesab etmir.

O deyib : “Biz xarici müdaxiləçilərlə mübarizə aparırıq. Onlar bizim hüquqlarımızı əlimizdən alıblar”.

Qeyd etmək lazımdir ki, Terrorçu vəhhabi təşkilatı “Əl-Qaidə ”-nin özəyi Əfqanistanın SSRİ tərəfindən işqal olunması illərində məhz ABŞ və İngiltərənin kəşfiyyat orqanları SİA və Mİ6 tərəfindən goyulub. Daha  sonrakı illərdə ABŞ bu terror  təşkilatından yararlanaraq  Əfqanistanı  işqal edib və bundan İslama qarşı təbliqatda və islamofobiyanın yayılmasında istifadə  edir.

Azərbaycan Respublikasında  isə  vəhhabi  cərəyanən özəyi  eks-Prezident  Heydər  Əliyevin  hakimiyyət  dövründə  əsil  islamçılığın  qarşısını  almaq  məqsədi ilə Səudiyyə  Ərəbistanında hökmran ailə Ali-Səudla  əməkdaşlıqda  təşkil olunub. Ancaq sonrakı  illərdə  vəhhabilər  rəsmi  Bakının özünə başağrısı olub.

  • Yazılıb
  • da (də) 2012 Aug 05