/Aran Agentliyi
Son 6 ayda Azərbaycan Respublikası ordusunda tələfatın sayı 55 nəfər olub.
Azərbaycan Respublikası müdafiə nazirliyinin verdiyi məlumata görə son 6 ay ərzində orduda həlak olan yaxud intihar və qətl hadisələri ehtiyatsızlıq və silahdan düzgün istifadə etməməklə əlaqələndirilir.
Amma əsgər ailələrinin əksəriyyəti bu hadisələrin qəsdən olduğuna inanırlar.
Rəsmi məlumatlara əsasən, Azərbaycan Respublikası ordu qüvvələrində son 6 ayda ölənlərin sayı ermənilərlə atışmada və yaxud da mina partlaması nəticəsində olub.
Azərbaycan Respublikası silahlı qüvvələri 1994-cü ildən Dağlıq Qarabağ müharibəsindən sonra erməni tərəfi ilə atəşkəs sazişi imzalasalar da bu günə qədər verilən tələfatın sayı 7 min nəfərdən keçib. Bu isə Dağlıq Qaraba müharibəsində həlak olanların sayından çoxdur.