Tarix : 2012 Aug 05
Kod 32034

“Fateh-110” uğurla sınaqdan keçib

İranın müdafiə naziri “Fateh-110” raketinin 4-cü nəslinin uğurla sınaqdan keçirildiyini bildirib
/Aran Agentliyi

İranın müdafiə naziri “Fateh-110” raketinin 4-cü nəslinin uğurla sınaqdan keçirildiyini bildirib.

General-mayor Əhməd Vəhidi jurnalistlər qarşısında deyib: Yeni Fateh-110 raketinin yeni qabiliyyətlərindən yüksək diqqət və vurma qabiliyyətini misal göstərmək olar.

General Vəhidi habelə radar sistemləri, komandanlıq mərkəzləri, qüvvələrin toplantı mərkəzləri, silah anbarlarının məhv edilməsini bu raketin digər xüsusiyyətləri adlandırıb.

İranın müdafiə naziri habelə deyib: Çox az sayda ölkələr var ki, bu növ raketləri istehsal və istifadə etmək qabiliyyətinə malikdir və İran İslam Respublikası yerli texnologiyalara söykənərək bu qüdrəti əldə edib.

General Vəhidi Fateh-110 raketinin 4-cü nəslinin faydalı radiusunu 300 km adlandırıb və deyib: Bu raket Oma

n dənizi, Fars körfəzi və regional bütün məqsədləri vurmaq qabiliyyətinə malikdir.

  • Yazılıb
  • da (də) 2012 Aug 05